Eskişehirdə Ermənistanın təcavüzünə etiraz aksiyası təşkil edilib

Eskişehir Azərbaycanlıları Dərnəyi Ermənistanın son təxribatlarına etiraz etmək üçün aksiya təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, "Qarabağ Azərbaycanın çırpınan ürəyidir!", "Qatil erməni, Qarabağdan rədd ol!, "Qarabağ Azərbaycanındır, Azərbaycanın da qalacaq!", "Şəhidlər ölməz, Vətən bölünməz"" şüarları səsləndirilən aksiyada türk və azərbaycanlı gənclər, KİV nümayandələri iştirak edib. Daha sonra Eskişehir azərbaycanlıları adından etiraz bəyanatı səsləndirilib. Bəyanatda Ermənistan ordusunun cəbhəboyu bölgələrdə Azərbaycanın mülki əhalisinə atəş açması pislənilib, beynəlxalq ictimaiyyətdən baş verən hadisələrə göz yummamaq tələb edilib. Aksiya zamanı səslənidirilən çıxışlarda ermənilərin tarixən azərbaycanlılara və türklərə qarşı həyata keçirdiyi işğalçılıq və vandalizm aktları barədə məlumat verilib. Türkiyə dövlətinin və xalqının Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyəcəyini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31