Səfir: “Türkiyə prezidentinin Azərbaycana səfəri yaxın vaxtlarda olacaq”
26 Fevral 2016 17:15 Siyasət"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri ən qısa zamanda gerçəkləşdirmək şərti ilə təxirə salınıb". APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib. O bildirib ki, səfər hər iki ölkə başçısının proqramına uyğun olaraq təşkil ediləcək: "Amma düşünürəm ki, səfər çox gec olmadan baş tutacaq".
Qeyd edək ki, Türkiyə prezidentinin Azərbaycana bu il fevralın 18-ə planlaşdırılan səfəri Ankarada törədilən terror aktı səbəbindən təxirə salınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00