Əflatun Amaşov Gürcüstan-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri təyin ediləcək

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovun Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin olunması təklif edilib. APA-nın xəbərinə görə, bu məsələ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" sənəddə əksini tapıb. Sənədə əsasən Ə. Amaşov bu vəzifədə Qənirə Paşayevanı əvəz edəcək. Layihə martın 4-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00