Almaniyadan ermənilərə qara xəbər
26 Fevral 2016 06:49 SiyasətAlmaniya parlamenti Bundestaqda Yaşıllar partiyasının 1915-ci il hadisələrinin "soyqırımı" kimi qəbul edilməsini nəzər tutan qanun layihəsi geri götürülüb. ANS PRESS-in məlumatına görə, bu barədə Yaşıllar partiyasının həmsədri Cem Özdemir açıqlamasında bildirib.
Bundestaqda aparılan müzakirələr nəticəsində hakim Xristian Demokratlar Partiyası (CDU), Xristian Sosial Birlik Partiyası (CSU) və Sosial Demokratlar Partiyası (SPD) Türkiyə ilə əldə olunan miqrant razılaşmasına hər hansı bir təhlükə yaranmaması üçün layihəyə dəstək verməyiblər. Cem Özdemir dəstək olmadığı üçün qanun layihəsini geri çəkdiklərini deyib.
Qanun layihəsinin apreldə - qondarma soyqırımının ildönümündə yenidən gündəmə gətiriləcəyi istisna edilmir.
Qanun layihəsinin müzakirəyə çıxarıldığı saatlarda Vətən Partiyasının Avropa nümayəndəliyi və Berlində fəaliyyət göstərən türk dərnəkləri Bundestaqın qarşısında mətbuat konfransı keçiriblər.
Vətən Partiyası Avropa nümayəndəsi Beyhan Yıldırım Bundestaqı Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına riayət etməyə dəvət edib.
"Avropa İnsan Haqları Məhkəməsi 2015-ci ilin 15 oktyabrında əsassız erməni iddiaları barədə son nöqtəni qoyub."
Beyhan AİHM qərarlarının Almaniyada da qüvvədə olduğunu vurğulayıb.