ATƏT DTİHB sədri: “Dağlıq Qarabağ adlı bir dövlət mövcud deyil”

Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) üçün xüsusilə vacib tərəfdaşdır və bu ölkə ilə yeni birgə layihələr davam etdiriləcək. "Olaylar" xəbər verir ki, bu barədə ATƏT DTİHB-nin direktoru Mixael Link Almaniyada xarici siyasət üzrə keçirlən müzakirələr zamanı bildirib. "Azərbaycanda keçirilən sonuncu parlament seçkilərini müşahidə edə bilməməyimizdən asılı olmayaraq əməkdaşlığımız davam edəcək. Biz müzakirələrə açığıq", Link deyib. Müzakirələrdə özünü Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki separatçı rejimin "nümayəndəsi" kimi təqdim edən bir iştirakçının ATƏT DTİHB müşahidə missiyasının Dağlıq Qarabağda fəaliyyətinə dair sualına Link belə cavab verib: "Dağlıq Qarabağ adlı bir dövlət mövcud deyil, belə olan halda hələ bizi seçkiləri müşahidə etməyə də dəvət edirsiniz. Bu məsələdə tamamilə aydın mövqeyimiz var: Beynəlxalq hüququ və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına riayət edilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00