“Crocus”dakı faciə ilə bağlı daha bir nəfər tutuldu
29 Mart 2024 19:51 RuMoskva məhkəməsi "Crocus" terror aktı ilə bağlı işdə iştirak edən 9-cu şəxsi həbs edib.
Olaylar.az APA-ya istinadən bildirir ki, məhkəmə Crocus City Hall-da baş verən terror aktı ilə bağlı iş üzrə 9-cu təqsirləndirilən Lütfüllo Nəzrimad barəsində iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, məhkəmə zamanı Lütfüllo Nəzrimadın da Tacikistan vətəndaşı olduğu məlum olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31