Ukrayna Belqorodu yenə vurdu: Yaralananlar var
24 Mart 2024 20:43 RuRusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib.
Olaylar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Mümkünsə evdə qalın. Pəncərələrə yaxın getməyin", - məlumatda bildirilib.
***
Rusiyanın Ukrayna ilə sərhədyanı Belqorod vilayəti yenidən atəşə tutulub.
Hücum nəticəsində 5 nəfər yaralanıb.
Bundan başqa, çoxmərtəbəli bina, Belqorod Dövlət Texnologiya Universitetinin yataqxanası, supermarket və bir neçə avtomobilə ziyan dəyib.
Eyni zamanda, "Baza" yaralı sayının 6 nəfər olduğunu açıqlayıb.
Vilayətin qubernatoru Vyaçeslav Qladkov isə zərərçəkmişlər barədə hələlik açıqlama verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31