“Krokus”da yaralananların sayı yeniləndi

"Krokus Siti Holl"da baş verən terakt nəticəsində 154 nəfər yaralanıb.

Olaylar.az xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yaralıların 3-ü artıq xəstəxanadan buraxılıb, 107 nəfər stasionar, 44 nəfər isə ambulator müalicəsini davam etdirir.

***

"Krokus Siti Holl" konsert zalında baş vermiş terror aktı nəticəsində 180 nəfər yaralanıb.

Bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin yenilənmiş siyahısından bəlli olub.

Siyahıya əsasən, yaralanmış 180 nəfərdən 142-si xəstəxanaya yerləşdirilib, 32-si artıq evə buraxılıb, 38-nə isə ambulator yardım göstərilib.

Qeyd edək ki, 22 martda "Krokus Siti Holl"da terror aktı baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31