Sankt-Peterburqda bomba xəbəri - insanlar təxliyə edildi
24 Mart 2024 18:55 RuSankt-Peterburqda "London Mall" ticarət mərkəzindən ziyarətçilər bomba xəbərinə görə təxliyə edilib.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
Polisə Kollontai küçəsindəki London Mall-a partlayıcı yerləşdirdiyini bildirən bir şəxs zəng edib.
Hazırda binaya partlayıcı maddələr üzrə ekspertlər tərəfindən baxış keçirilir. İlkin məlumata görə, zəng edən şəxs saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31