"Crocus City Hall"da törədilən terror aktında xəsarət alanların sayı 140-a çatıb (YENİLƏNİB-2)
23 Mart 2024 21:29 Ru"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 140 nəfərə çatıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Moskva vilayətinin Səhiyyə Nazirliyi bildirib.
Nazirlik bildirib ki, üç nəfərin artıq xəstəxanalardan buraxıldığını, lakin 105 nəfərin stasionar müalicəsində, daha 31 nəfərin isə ambulator müalicədə olduğunu bildirib.
xxx
17:36
"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 133 nəfərə çatıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
xxx
14:00
"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 115 nəfərə çatıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
xxx
12:40
"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 93 nəfərə çatıb.
Olaylar.az bu barədə Rusiya İstintaq Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, terror aktı nəticəsində 100 nəfər yaralanıb.
Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.