"Krokus" terroru: daha bir dəhşətli görüntü yayıldı - Video
23 Mart 2024 18:50 RuMoskva vilayətində yerləşən "Krokus Siti Holl" konsert kompleksində terror zamanı baş verənlərlə bağlı yeni görüntülər yayılmaqda davam edir.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, kadrların birində atışmanın yeni başladığı vaxt zaldan möcüzəvi şəkildə sağ-salamat qaçmağı bacaran insanlar əks olunub.
Videoda onların oturacaqların arxasında gizlənərək süründükləri, sonra qaçmağa çalışarkən bağlı qapılarla üzləşdikləri görünür.
Bu vaxt onlardan birinin: "Ora dalandır! Aşağı qaçaq", - dediyi eşidilir.
Nəhayət onlar küçəyə çıxışı tapa bilirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31