Bu vilayətdə daha 2 Ukrayna PUA-sı vuruldu
23 Mart 2024 18:38 RuRusiyanın Bryansk vilayəti üzərində uçan iki Ukrayna PUA-sı məhv edilib.
Olaylar.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz Teleqram kanalında məlumat verib.
"Klimovski və Vıqoniçski rayonları üzərində iki təyyarə tipli pilotsuz uçuş aparatı məhv edilib",- o bildirib.
Həmçinin qubernator heç bir tələfat və dağıntı olmadığına aydınlıq gətirib və təcili yardım xidmətinin hadisə yerində olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31