"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 133-ə çatıb (YENİLƏNİB)

"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 133 nəfərə çatıb.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

14:00

"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 115 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

12:40

"Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 93 nəfərə çatıb.

Olaylar.az bu barədə Rusiya İstintaq Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, terror aktı nəticəsində 100 nəfər yaralanıb.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31