Terror aktını törədən 4 nəfər saxlanılıb - Putin açıqladı - YENİLƏNİR
23 Mart 2024 17:44 Ru17:31
"Bu cinayətin araşdırılmasına və əməliyyat-axtarış tədbirlərinin nəticələrinə gəlincə, hazırda bunu deyə bilərik: terror aktını törədən 4 nəfərin hamısı, insanları güllələyib öldürənlərin hamısı tapılaraq saxlanılıb".
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində bildirib.
"Onlar gizlənməyə çalışaraq Ukraynaya tərəf hərəkət ediblər, burada ilkin məlumatlara görə, Ukrayna tərəfində dövlət sərhədini keçmələri üçün "pəncərə" hazırlanıb.
Terror aktının təşkilatçıları bir vaxtlar nasistlər kimi nümayişkaranə edam və qanlı hədə-qorxu aktı hazırlayıblar", - Rusiya lideri qeyd edib.
------
16:38
Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətindəki "Crocus City Hall"da baş vermiş terror aktı ilə əlaqədar xalqa müraciət edir.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat verib.