Rusiya XİN: Terror aktına lazımi hüquqi və siyasi qiymət veriləcək
23 Mart 2024 17:27 RuMoskva vilayətindəki "Crocus City Hall"da baş verən terror aktına lazımi hüquqi və siyasi qiymət veriləcək.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Rusiya terrorizmlə mübarizəyə yönəlmiş bütün səyləri dəstəkləyir: "Rusiya faciəyə biganə qalmayan hər kəsə minnətdardır".
Qeyd edək ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 115-dən çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31