Rusiya Qara dəniz donanmasının komandanı istefaya göndərildi
15 Fevral 2024 19:28 RuRusiya Qara dəniz donanmasının komandanı Viktor Sokolov istefaya göndərilib.
Olaylar.az report-a istinadən xəbər verir ki, məlumatı "Nexta" yayıb.
Bildirilib ki, onu vitse-admiral Sergey Pinçuk əvəzləyib.
V.Sokolovun işdən azad edilməsinə səbəb Ukrayna hərbçilərinin Qara dənizdə "Sezar Kunikov" desant gəmisinə uğurlu hücumu göstərilir.
Rusiya rəsmiləri informasiyanı hələ ki təsdiqləməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31