Valideynlər aliment ödəməkdən boyun qaçırırlar
Aliment Fondu valideynləri əvəz edə bilərmi?
19 Noyabr 2015 14:37 ProblemAzərbaycanda boşanma hallarının artması ilə paralel alimentdən yayınma hallarının da çoxalması müşahidə olunur. Sözün həqiqi mənasında hazırki şəraitdə aliment ödənilməsi ən problemli məsələlərdən hesab olunur. Qeyri-rəsmi statistikaya görə, hazırda məhkəmələr tərəfidən baxılan ümumi işlərin üçdə biri alimentlə bağlıdır. Məsələnin mürəkkəbliyi ondan ibarətdir ki, valideynlik hissini itirmiş insanlar müxtəlf bəhanələrlə üzərlərinə düşən vəzifəni icra etməkdən yayınırlar. Yeri gəlmişkən onu da qeyd edək ki, "valideynlərin" aliment ödəməkdən boyun qaçırmaları üçün kifayət qədər bəhanələr var. İş o həddə çatıb ki, bəzi valideynlər az əmək haqqı almaları barədə arayış üçün çalışdıqları idarə və müəssisələrə rüşvət verməyi özlərinə rəva bilirlər, amma həmin pulu öz doğma övladlarına verməkdən boyun qaçırırlar. Məhz bu kimi amillər nəzərə alınaraq ölkədə Aliment Fondunun yaradılması təklif olunur. Maraqlıdır, belə bir fondun yaradılması ölkədə aliment probleminin həllinə necə təsir göstərəcək?
Deputat Qənirə Paşayeva qeyd edib ki, atalar rəsmi iş yerlərinin olmadığını əsas gətirərək aliment ödəməkdən imtina edir. Bu səbəbdən ölkədə aliment fondunun yaradılması ilə bağlı qanun layihəsi hazırlanmasına ehtiyac var. O, xatırladıb ki, parlament bir müddət əvvəl Cinayət Məcəlləsində ataların aliment verməsi ilə bağlı dəyişiklik etsə də, problemin həllinə ciddi təsir etməyib və hazırda bölgələrdə ataların aliment ödəməməsi ilə bağlı ciddi problemlər yaşanır: "Bir çox hallarda atalar işləmədiklərini əsas gətirərək aliment verməkdən imtina edirlər. Bir çoxlarının rəsmi iş yerləri olmasa da, müəyyən sahələrdə qeyri-rəsmi işləyirlər və qazancları olur. Lakin pulu ödəmirlər. Uşağa baxan anaların vəziyyəti bu səbəbdən çox çətin, hətta acınacaqlı olur. Ona görə də Azərbaycanda Aliment Fondunun yaradılmasına ehtiyac duyulur. Bu fond yaradılarsa, dövlətin analara dəstəyi artar. Beləliklə də analar məhkəmə qapılarında qalmaqdan qurtulmuş olar. Yəni anaların atadan həmin pulu alma mexanizmi yoxdur. Məbləği dövlət ödəsə, həmin məbləği atadan zorla alma mexanizmi də yaranacaq". Millət vəkili Musa Quliyev də qeyd edib ki, boşanan ailələrdə valideynlər tərəfindən alimentlərin ödənilməsi social problem olaraq qalır. Aliment problemlərinin həlli yollarının araşdırmaqdan ötrü dövlət qurumları və qeyri-hökumət təşkilatlarının iştirakı ilə geniş dinləməlr keçirilməlidir. Nəzərə almaq lazımdır ki, alimentlərin ödənilməsi kənd yerlərində böyük bir problemə çevrilib: "Hərə bir bəhanə ilə aliment ödəməkdən yayınmağa çalışır. Bəziləri guya iş yerlərinin olmamasını əsas gətirir, bəzi valideyinlər ümumiyyətlə Azərbaycandan çıxıb gediblər, nəticədə uşaqlara alimentlər ödənilməmiş qalır. Təbii ki, bu məsələ ilə bağlı müəyyən beynlxalq təcrübə var. Biz də müzakirələr nəticəsində çıxış yolu tapa bilərik".
Hüquqşünas Alim Hüseynli bildirib ki, yaxşı olardı ki, ilk növbədə valideynlər öz övladlaqı qarşısında vəzifələrini dərk edib uşağın saxlanmasında yaxımdan iştirak etsin. Bu iştirak həm maddi, həm də mənəvi baxımdan təmin edilməlidir. Valideynlər birmənalı şəkildə dərk etməlidirlər ki, dünyaya gətirdikləri uşağın sağlam böyüməsi, onların geyimi, qidalanması və təhsil alması ilə bağlı məsuliyət daşıyırlar: "Çox təəssüf ki, bizdə ailələr boşandıqda düşmənə çevrilirlər. Keşmiş ər va yaxud arvad bir-birinin düşməninə çevrilir, uşaqlardan isə bu məqsəd üçün istifadə edirlər. Halbuki milli qanunvüriciliyə görə, uşaqlar qarşısında onların hər ikisinin hüquq və vəzifələri bərabərdir. Məhz qanunn bu tələbindən yararlanaraq boşanmış valideyinlər belə uşaqların ehtiyaclarını ödəməlidirlər. Ancaq təəssüf ki, müxtəlif bəhanələrlə valideyinlik məsuliyyətindən boyun qaçıranlar da az deyil. Belə halların qarşısını almaq üçün qanunvericiliyin sərtləşdirlməsinə ehtuyac var. Düzdür, Cinayət Məcəlləsində bununla bağlı məsuliyyət məsələsi əksinin tapıb. Lakin buna baxmayaraq, məsuliyyətdən yayınma halları müşahidə olunmaqdadır". Onun sözlərinə görə, Aliment Fondunun yaradılması təbii ki, işin xeyrinə olardı. Ancaq ilk növbədə onun hansı meyarlara əsaslanacağı, hansı prinsiplər üzrə fəaliyyət göstərəcəyi müəyyən edilməlidir: "Məsələn, mümkündür ki, belə bir fondun vəsaiti boşanma prosesinin ilkin mərhələsində istifadə edilsin. Məlumdur ki, boşanma prosesi müəyyən vaxt aparır, ata, yaxud ana müxtəlif səbəblərdən aliment ödəməkdən yayınır. Mümkündür ki, bu məsələlər qanuni həllinin tapana qədər Aliment Fondunun vəsaitindən istifadə edilsin. Bununla uşaq aralıq müddətində həmin vəsaitdən yararlana bilər. Ancaq bütün halda bu məsələ qanunvericiliklə tənzimlənməlidir".
Bəs valideyindən alimentin tutulması hansı qaydada həyata keçirilir? Hüquqşünas bildirib ki, alimentin tutulması bir prosedurdur və onu bir qayda olaraq boşanma müşayət edir. Aliment almağa yetkinlik yaşına çatmamış və əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların hüququ vardır. Alimentin miqdarını valideyinlər özləri müəyyən etməkdə azaddırlar. Əgər boşanan valideyinlər müqavilə bağlamağa razı olsalar o zaman övlad yetkinlik yaşına çatana qədər kimin və nə qədər aliment ödəyəcəyi haqda da razılığa gələ bilərlər. Bu halda belə tərəflər razılığa gəlməsələr iş məhkəməyə göndərilir. Artıq bu zaman valideyinlər könüllü yox, məcburi aliment ödəyəcəklər. Qanunvericiliyə əsasən, əgər valideyin uşağa aliment ödəməkdən imtina edirsə o zaman aliment məhkəməyə müraciyət edilən vaxtdan həmin valideynin əmək haqqından tutulur. Aliment ödəmək haqqda saziş yazılı formada bağlanılır və notarial qaydada təsdiq olunur. Məhkəmə tərəfindən aliment bu miqdarda tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın(başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Əgər valideyinlər arasında aliment ödəmək haqda saziş yoxdursa, valideyinlər və ya onlardan biri uşağı saxlamaqdan imtina edirsə və məhkəməyə bu haqqdaa heç bir şikayət edilməyibsə, bu halda müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmamış uşaqlara alimentin ödənilməsi haqqda məhkəməyə iddia ərizəsi verə bilər. Sazişdə göstərilən alimentin miqdarı və ya məhkəmənin qərarı ilə müəyyən olunmuş alimentin miqdarı valideynin əmək haqqından və ya başqa gəlirlərindən tutulur. Valideynin çalışdığı təşkilatın administrasiyası onun maaşından hər ay aliment tutmalıdır və ona maaş veriləndən sonra 3 gün ərzində tələb olunan yerə çatdırmalıdır. Əgər bu vəsait kifayət etmirsə, o zaman bu tələb aliment ödəməli olan valideynin əmlakına yönəldilməlidir.
Aliment öhdəlikləri aşağıdakı hallarda dayandırılır: valideynlərdən biri ölərsə; sazişin vaxtı bitərsə; övlad yetkinlik yaşına çatarsa və ya yetkinlik yaşına çatmamış övlad tam əmək qabiliyyətli olarsa; əmək qabiliyyəti olmayan və ya ailə qurmağa ehtiyacı olan valideyin yenidən ailə qurarsa. Digər hallarda aliment ödəməyən şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar.
Nurlan