Aviobilet  üçün kreditə müraciət edənlərin sayı artır- ÖZƏL

"Quru sərhədlərin bağlı qaldığı bir dövrdə hava nəqliyyatı insanlar üçün seçim deyil, zərurətə çevrilib. Belə vəziyyətdə aviabiletlərin bu qədər yüksək qiymətlərlə təqdim olunması artıq iqtisadi deyil, sosial məsələdir". Bunu "Olaylar"a iqtisadçı alim Zahid Məmmədov deyib: "Xaricə səfər etmək adi insan üçün getdikcə əlçatmaz olur, bəzən bir neçə saatlıq uçuş aylıq əməkhaqqına yaxın məbləğ tələb edir. Alternativin məhdud olduğu şəraitdə qiymət siyasətinin bu formada qurulması cəmiyyətdə ciddi suallar yaradır. İnsanlar artıq səyahət planını deyil, bileti necə ala biləcəyini düşünür. Hətta aviabilet almaq üçün kreditə müraciət edənlərin sayı artır. Bu isə normal bazar göstəricisi deyil, yaranmış vəziyyətin sosial ağırlığını göstərən ciddi siqnaldır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31