Bolqarıstanda yeni hökümət qurulub

Bolqarıstan parlamenti "Mütərəqqi Bolqarıstan" partiyasının lideri Rumen Radevi ölkənin baş naziri vəzifəsinə təsdiqləyib. Onun namizədliyinin lehinə 124 deputat səs verib, 70 deputat əleyhinə çıxıb, daha 36 nəfər isə bitərəf qalıb.

Olaylar bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Baş nazirlə yanaşı, hökumətin yeni tərkibi də təsdiqlənib. Daxili işlər naziri vəzifəsinə İvan Demerciyev, müdafiə naziri vəzifəsinə Dimitar Stoyanov, xarici işlər naziri vəzifəsinə isə Velislava Petrova-Çamova təyin olunub. Səsvermədən sonra Nazirlər Kabinetinin üzvləri parlamentdə and içiblər.

2026-cı ilin əvvəlindən etibarən Bolqarıstan Rosen Jelyazkovun istefasından sonra müvəqqəti hökumətlə idarə olunurdu. Apreldə keçirilən növbədənkənar parlament seçkilərində Radevin partiyası səslərin 44,5 faizini toplayaraq parlamentdəki 240 yerdən 131-ni qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31