İspaniya hantavirusun yayıldığı kruiz gəmisindən təxliyəni üzərinə götürüb

İspaniya hantavirusun yayıldığı "MV Hondius" kruiz laynerinin sərnişinlərinin təxliyəsinin təşkilini öz üzərinə götürüb.

Olaylar bu barədə xarici mediaya istinadla məlumat yayıb.

Hakimiyyət nümayəndələri bildiriblər ki, Kanar adalarının sakinləri üçün təhlükə yoxdur, çünki sərnişinlər və heyət üzvlərinin yerli əhali ilə təmasına qadağa qoyulub.

Gəminin bazar günü Tenerifeyə çatacağı gözlənilir. Sərnişinlər kiçik qruplarla sahilə çıxarılacaq, İspaniya isə onların repatriasiyasını 22 ölkə ilə koordinasiya edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31