Kərim Vəliyev Hikmət Mirzəyevi şəxsi heyətə təqdim etdi
13 Yanvar 2024 14:24 OrduBu gün Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə Quru Qoşunların qərargahında xidməti müşavirə keçirilib.
Olaylar.az-ın əldə etdiyi məlumata görə, müşavirədə general-leytenant Hikmət Mirzəyevin Quru Qoşunları Komandanı vəzifəsinə təyin olunması şəxsi heyətə çatdırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 11 yanvar 2024-cü il tarixdən general-leytenant H.Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31