Laçında ağır qəza - Hərbçilərimiz həlak oldu
4 Yanvar 2024 18:47 OrduXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.
Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir", - qurumdan bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Allah rəhmət eləsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31