Əgər valideyndə hər hansı bir asılılıq varsa... Müsahibə
19 Aprel 2024 12:13 MüsahibəUşağın şəxsiyyətinin inkişafı ailədə başlayır. Uşağın sosial kimlik qazanması, toplumdakı digər şəxslərlə əlaqə içinə girib toplumun dəyər və qaydalarını öyrənərək, özünə düşən rolları yerinə gətirəcək informasiya, bacarıq və vərdiş halına gətirdiyi sosiallaşdığı birincil qrup isə ailədir.
Asılılıq bir ailə xəstəliyidir. Sadəcə alkoqol və ya digər psixoaktiv maddə(pam) asılısı şəxslər deyil, şəxsə yaxın olan hər kəs, xüsusilə də övladları da təsirlənir. Araşdırmalara görə alkoqol asılılısı şəxsin övladları və ya alkoqol asılısı olan şəxs ilə eyni evdə böyüyən uşaqlar yetkinlik dönəmlərində oxşar şəxsiyyət xüsusiyyətlərinə sahib olurlar. Əldə edilən məlumatlara əsasən qumar oynama, pamın(psixoaktiv maddənin) sui-istifadəsi və yemək yemə kimi davranışları kompulsiv davranışların olduğu evlərdə böyüyən uşaqlarda oxşar şəxsiyyət xüsusiyyətləri müşahidə olunur.
"Olaylar"ın müsahibi psixoloq Minarə Səbzəliyevadır:
-Minarə xanım, valideyninin psixoaktiv maddə asılısı olması uşağa necə təsir göstərir?
-Hər övladın pam istifadəçisi valideyni ilə yaşadıqları və mübarizə mexanizmləri fərqli olsa da, bu uşaqların yetkinlik dönəmindəki göstərdiyi davranış xüsusiyyətləri aşağıdakı kimidir:
Özlərindən çox başqaları ilə maraqlanırlar;
Asılılıqdan əziyyət çəkən valideynlərlə böyüyən uşaqlar sıxlıqla valideynlərinin rollarını üstlənmək məcburiyyətində qalırlar;
Özləri ilə, kiçik bacı-qardaşları ilə və ya valideynləri ilə maraqlanmalı olurlar.

-Yəni, erkən yaşlarından daha çox məsuliyyət almağa başlayırlar?
-Bəli, dolayısıyla öz yaşıdlarına görə daha çox məsuliyyət alaraq böyüyürlər. Valideyn-övlad arasındakı bu rol dəyişimi övladın yetkinlik və sonrakı dönəmlərində də davam edə bilər və asılılıqdan əziyyət çəkən valideynlərin uşaqları digərlərinin ehtiyaclarını öz ehtiyaclarının önünə qoya bilərlər. Bir planı öncəsindən sonuna qədər davam etdirməkdə çətinlik çəkərlər. Asılı şəxslərin övladları yetkinlikdə başladıqları işləri bitirməksə çətinlik çəkirlər. Çünki asılılığın olduğu bir evdə həyatda qalma mübarizəsi ilə övladlar, hədəfləri və prioritetlərini uyğun şəkildə yönləndirilə biləcək hissələrə bölmək kimi praktik bacarıqları öyrənə bilmirlər.Düşüncə tərzləri sadəcə ağ və qaradan ibarətdir.
-Maraqlıdır, bu hal onların düşüncəsinə necə təsir edir?
-"Ya həmişə, ya heç bir zaman" düşünmə tərzinə sahib olduqları müşahidə edilir. Bu düşüncə forması asılılığın olduğu evlərdə və ya mühitlərdə gərginliyin yüksək olması səbəbilə uşaqların asılılıqdan əziyyət çəkən valideynlərlə böyüdükləri zaman "döyüş və ya qaç" yöntəmindən istifadə etdiklərindəndir.
-Həyatdan həzz almaq, əylənmək onlar üçün asan olmaz deyə düşünürəm.
-Rahatlaşmaq və ya təşviş yaşamadan həyatdan həzz ala bilmək asılı valideynlə böyüyən uşaqlar üçün çox çətin olmaqdadır. Bir çox pam istifadəçisi valideynlərin övladı uşaqlıqdan yetkin rolunu öz üzərinə götürmək məcburiyyətində qaldığı üçün əylənə bilmə, həyatdan həzz alma bacarığından yoxsundur. Hətta yaranan irrasional inanclarla onlar əylənməyə haqqlarının olmadığı hiss edirlər.
-"Haqlarının olmadığını hiss edirlər" dediniz. Onlar özlərini qeyri-adekvat günahlandırırlar?
-İşlər yolunda getmədiyində valideynlərinin davranışlarından dolayı sıxlıqla özlərini günahlandırırlar. Artıq övladlarda bu formalaşmış özünü günahlandırma və kiçik xətalardan dolayı özünü həddən artıq günahlandırma kimi davranış stili yetkinlikdə də özünü göstərir və yaxşı etdikləri işləri uğurlarından savayı şansları ilə əlaqələndirirlər. Bununla yanaşı davamlı olaraq təsdiq alma ehtiyacı hiss edirlər. Asılılıqdan əziyyət çəkən şəxslərin övladları yetkinlikdə öz dəyərlərini başqalarının təsdiqi ilə müəyyənləşdirirlər. Uşaqlıqlarında mükafat aldıqları və təsdiq gördükləri zamanlar (əgər varsa) əsasən rutin bir şəkildə və ya məqsədlərə yönəlik davranışları olmadığından, davamlı olaraq başqalarını məmnun etmə və təsdiqini almaq ehtiyacı hiss edirlər.Özlərini digər şəxslərdən fərqli hiss edirlər. İçində olduqları situatsiyanın kimsənin anlamayacağını düşünərək böyüyürlər. Digər uşaqlardan fərqli hiss edirlər və özlərini sosial mühitlərdən uzaqlaşdırırlar. Yetkinlikdə isə bu depressiya və təşviş yaşanmasına səbəb ola bilər. Ən əsası da özlərini müdafiə etdikdə günahkarlıq hiss edirlər Erkən uşaqlıq dönəmlərində ehtiyacları asılı valideyinlərinin ikinci planında olduğu kimi öz düşüncələrinin və hisslərinin diqqət çəkəcək qədər önəmli olmadığını düşünərək böyüyürlər. Bu uşaqlar yetkinlikdə öz düşüncələrini müdafiə etmək üçün hərəkətə keçməkdə çətinlik çəkirlər və başqalarının tələblərini qəbul etməyə daha çox meyilli olurlar.
-Minarə xanım, bu şəxslərarası münasibətlərinə necə təsir göstərir?
-Hədsiz sadiqliq göstərə bilirlər. İçində olduqları situatsiya olmamaqlarını gərəkdirsə belə asılı şəxslərin övladları yetkinlik dönəmlərində hər hansısa situasiyada aşırı sadiq davrana bilirlər. Uşaqlıqlarında özlərinə məsafəli olan və ya onları ehmal edən valideynlərə sadiq qalan bu şəxslər yetkinlik dönəmlərində də sağlıqlı olmayan münasibətləri öz şəxsi münasibətlərinə proyeksiya edirlər. Münasibətdə sadiq olmaq məcburiyyətundə hiss etdikləri üçün sağlıqlı olmayan münasibətləri davam etdirirlər.
-Bəs valideynlər övladlarını gələcəkdə narkotik maddə asılılığından qorumaq üçün nələr edə bilər?
-Asılılıqdan uzaq durmaq üçün ailəyə düşən rol "yox" deməyi öyrətməkdir.
Uşağın şəxsiyyətinin inkişafı ailədə başlayır. Uşağın sosial kimliyinin qazandığı, toplumdaki digər şəxslərlə əlaqədə olub toplumun dəyər və qaydalarını öyrənərək özünə düşən rolları qazanıb sosiallaşdığı biricil qrup məhz ailədir. Və ailənin də öz növbəsində vacib funksiyaları arasında övladının fiziki, psixoloji və sosial sferalardakı ehtiyaclarını qarşılayaraq sağlıqlı bir şəxs olaraq yetişməsi yer almaqdadır. Xüsusilə məktəbdən öncəki dönəmdə uşağın inkişafı çevrədəki faktorlardan olduqca təsirlənir. Valideynlərin övladlarına rəhbərlik etməsi, xüsusi nüanslarda birlikdə qaydaları müəyyən etmələri, övladlarına doğru və yanlış, qəbul edilən və edilməyən davranışlar arasında fərqi ayırd etmələrinə yardım etmək daha sağlıqlı övlad yetişdirmə stilidir. Bu da öz növbəsində valideynlərin övladlarına uyğun şəkildə sərhəd göstərə bilmələri, övladının tənqidi bacarıqlarını inkişaf etdirmə və vicdan anlayışının aşılanmasına gətirib cıxarır. Valideynləri ilə sağlıqlı münasibət quran və əlaqədə olan uşaqlar qarşılaşdıqları problemlər qarşısında duyğu və düşüncələrini digər insanlara daha uyğun yolla ifadə edə bilər və güvənli davranışlar göstərə bilərlər. Güvənli davranışlar isə ümumi nəzər saldıqda şəxsin özünü açıq və dəqiq şəkildə ifadə etməsidir. Güvənli davranışlara nümunə olaraq şəxslər müsbət və müsbət olmayan duyğu və düşüncələri asanlıqla ifadə edə bilməsi, edə bilmədikləri və ya etmək istəmədikləri istəklər qarşısında rahatlıqla yox deyə bilmə, danışıqları başlada bilmə və gərəkdiyində də sonlandıra bilmə kimi reaksiyaları asanlıqla bildirə bilirlər. Məhz şəxslərin belə davranışlara sahib ola bilməsində ailələrin münasibətləri çox önəmlidir.
Məhz gənclər arasında aparılan tədqiqat nəticələrinə əsasən ailə ilə yaxşı münasibəti olan, qərarlarına qatılan, şəxsiyyətləri və görünüşlərinə hörmət edilən demokratik ailələrə sahib yeniyetmələrdə özünü dəyərləndirmə daha yüksəkdir. Lakin yeniyetməlik dönəmində bəzi aldığı qərarları ailə tərəfindən qəbul edilməyən, tənqidə məruz qalan gənclər öz həmyaşıdları olan mühitdən də eybi münasibəti görməmək üçün sorğulanmaq yerinə qəbullanmağı seçirlər. Çünki eyni reaksiyanı dostları tərəfindən də alıb oradan xaric olunmaqdan qorxarlar. Bu yaşam bacarıqlarını mənimsəməyən uşaqlar toplumda qəbul edilməyən vərdişlərdən daha tez təsirlənirlər. Mənfi dostların təsiri altına tez düşə bilər və həmyaşıd olan uşaqlara yox deyə bilmədiyi üçün maddə istidafəsi kimi mənfi vərdişlərə daha tez aludə ola bilirlər. Yox deyə bilmə bacarığını öyrənən uşaqlar isə maddə istifadəsi ilə bağlı hər hansısa situatsiya ilə qarşılaşdıqda öyrəndikləri yox demə bacarıqlarını sərgiləyə bilirlər.
Yəni bayaq da qeyd etdiyim ki, ilk növbədə ailəylə münasibət fərdə və fərdin özü ilə münasibəti ilə həm ailəsinə, həm sosial mühitə öz təsirini bağışlayacaqdır. Məhz bu səbəblə şəxslərin asılılıq yarada bilən maddələrə yox demə bacarığının aşılanması və yox dediyi halda da özünü yetərli hiss etmələri gərəklidir.
Məsələn, onlar özlərinə də bu sualları verə bilərlər:
-Ünsiyyət qurmağa çalışarkən öz istədiyim məlumatlarımı vermək istəyirəm yoxsa etməsini istədiyim davranışları təklif edərək onu təzyiq altına salırammı?
-Düşüncələrini və ya nəyi istəyib, nəyi istəmədiyini soruşa bilirəmmi?
-Özünə birdən çox alternativ təklif edirəmmi?
-Məsuliyyətlər verə bilirəmmi?
-Edə biləcəklərini görə bilirəmmi?
-Dəyişə biləcəyinə inanırammı?
-Etmiş olduğu müsbət davranışlar üçün ona müsbət rəy verirəmmi?
QİYMƏT MAHİR