"Qeyri-peşəkar amma özünü psixoloq, psixoterapevt kimi təqdim edən çox sayda ulduzlaşmış personajlar var"
31 Avqust 2023 12:36 MüsahibəDünyanın müxtəlif yerlərində insanlar münasibətlərarası problemlərini belə psixoloji yardım alaraq, həll edirlər.
Ölkəmizdə isə kadr çatışmazlığı, qeyri-peşəkarlıq, saxta sertifikatların verilməsi vətəndaşlarda bu peşəyə inamı azaldır. Psixoloqa müraciət etməməkdə ən böyük səbəbimiz isə ən başda elə psixoloji faktordur. Yəni, "dəlilik" damğası. Valideynlər övladlarının psixoloji və gələcək həyatını riskə ataraq, müalicədən sırf buna görə boyun qaçıra bilir. Digər səbəblər isə bizi terapiyadan çəkinməyə vadar edən amillər olur.
Problemlə bağlı klinik psixoloq Səyyarə Yusubova ilə həmsöhbət olduq:
-Səyyarə xanım, psixoloji yardıma nə zaman ehtiyac olur və nəyə görə insanımız peşəkarca göstəriıən psixoterapiya yardımına müraciət etməkdə çətinlik yaşayır?
Bu məsələ olduqca aktualdır.
Əhalinin keyfiyyətli psixoloji yardımı seçməklə bağlı tövsiyələrə ehtiyacı var. Belə ki, hazırda respublikada, xüsusilə bölgələrdə ehtiyac olan qədər müddətdə psixoterapiya və reabilitasiyalara qoşulmaq üçün həm əlçatan müəssisələr və mütəxəssislər azdır, həm də bu xidmətin təminatı məsələsi həllini tam tapmayıb.
Ancaq, insanımızın psixoloji yardıma, eləcə də psixiatrik yardıma müraciət etməkdə əsas baryerlərindən biri "dəli" damğasıdır. Damğalama, stiqmatizasita ağır psixi xəstəlikləri olan, əlilliyi olan insanların cəmiyyətdə yaşadığı spesial problemdir.
Bu problem imkan vermir ki, insanımız stresin öhdəsindən gələ bilmədikdə mütəxəssisə müraciət edə bilsin.
Stiqma həm də insanların öz özlərini damğalamasına səbəb olur.
Özünü damğalama məsələsi kompleks yaradır və əhali arasında "dəli" kimi etiketlənməkdənsə, aşağı həyat keyfiyyətinə, özünə qapanmaya məhkum olan belə şəxslərin vəziyyəti daha da ağırlaşır. Əksər insanlar ağlını itirmək qorxusu ilə mübarizə aparır.
Lissofobiya, ağlını itirmə qorxusu kimi tərcümə olunan spesifik fobiyadır.
Demək istəyirik ki, stiqmatizasiyanın formalaşmasında psixi xəstəliklər və psixiatroya haqqında təsəvvürlərin düzgün olmaması, tarixən baş vermiş xoşa gəlməz hadisələrin təsiri vardır.
Əlavə etmək istəyirəm ki, psixoloji yardıma müraciət etmək öz həyatının məsuliyyətini öz üzərinə götürərək aktiv şəkildə nəzarət dairəsini genişləndirməyə aparan addımdır.
Ancaq, həm də bu addım insanı həyatında baş verən amma onu qane etməyən məqamlarla üzləşdirir.
Bu ağrılı məqamların hansı məsələlərlə bağlı olduğunu mütəxəssislə bərabər nəzərdən keçirmək və dəyişikliklərə aparan addımlar atmaq yetərincə çətindir.
-Bölgələrdə olan mütəxəssis çatışmazlığlnı necə aradan qaldırmaq olar? Sizcə, hər il bu sahədə yetəri qədər məzun olurmu?
Psixoloqlar da müəllimıər, hərbçilər kimi bölgələrə ezam olunsa, problemin həllində rol oynayarmı?
-Yeni açılan tibbi sığortalı klinikalarda reabilitasiya mərkəzlərində, dost mərkəzlərində kadrları yerləşdirmə siyasəti hazırda tətbiq olunur. Bu proses bir qədər zaman alacaq. Təbii, zaman zaman ezamlar da olunur.
Məsələ burasındadır ki, əhalinin bu xidmətlərdən xəbəri olmalıdır və eləcə də, onlar bu mütəxəssislərə yaxınlaşmaqla bağlı çəkinməməlidirlər. Ancaq hələ ki, o çəkingənliyi müşahidə edirik.
Həm də əlbəttə, mütəxəssis əgalinin sayı ilə müqayisədə yetərli sayda deyil.
Bakalavr təhsili klinik psixoloq yetişdirmir. Bunun üçün magistratura oxumaq və ən azı iki il klinikalarda təcrübələr keçmək gərəkdir.
-Çəkingənlikdə səbəb həm də bu sahədə də qeyri-peşəkarların çox olması ola bilər?
Psixoterapiya aparmaq üçün isə məhz psixoterapiya təhsili və lisenziyalaşması mərhələlərindən keçmək lazımdır.
Odur ki, psixi pozuntularla işləyəcək yetkin mütəxəssisin yetişməsi müəyyən bir zaman və resurslar tələb edir.
Qeyri-peşəkar, öz profilinə uyğun çalışmayan amma özünü psixoloq, psixoterapevt kimi təqdim edən çox sayda ulduzlaşmış personajlar var.
Onlar, nümayişkaranə davranışları ilə əhali arasında sadəcə şöhrət qazanır. Və bu şöhrət effekti şou biznes ulduzlarının çıxışlarnı xatırladır.
Psixoloji problemlərin və psixi pozuntuların qiymətləndirilməsi və korreksiyası elmi araşdırmalara əsaslanan metodologiyalardır.
Bu metodları öyrənmiş, anlamış və tətbiq edən mütəxəssislərin öz şəxsi inkişafı da onların yetişməsinin ayrılmaz hissəsidir. Beynəlxalq standartlarda psixoterapiya təhsili aldıqca psixoloqlar və psixoterapevtlər şəxsi komplekslərini də təhlil edir. Subyektiv şəxsi məsələlərini onlara müraciət edən əhaliyə yansıtmır və sirayət etdirmirlər.Bu təsəvvürün özünü psixoloq kimi təqdim edən insanlar tərəfindən rəğbətləndirilməsi isə yolverilməzdir. Çünki, bizə müraciət edən insanın terapiyaya transferlə, yəni öz ideallaşdırma obrazları ilə gəlməsi təbii olsa da, bizim bu obrazı öz üzərimizə götürməyimiz qeyri-peşəkarcadır. Psixoloji yardım elmi metodlara əsaslanan və yüksək etik ehkamlarla həyata keçirilən bir prosedurdur. Pasiyentlərlə selfilər etmək, onları özünə dost bilmək terapevtik münasibətlərin kobudca pozulmasıdır.Psixoloqa gedəəcək insan ehtuyac duyur ki, ülvi saxıadığı məsələlərin gizliliyi qorunsun. Özünün ən zəif, qorunmasız olduğu məqamların məxfiliyi saxlanılsın. Və dəyərləri sual altına alınmasın. Zehni, emosional və ya sosial sahələrdə yaşadığı maneələri aradan qaldırmaq üçün müraciət etdiyi şəxs ona yaşamağı öyrətməsin. Yaxud özünün həyat hekayəsini ödənişlə qəbul etdiyi zaman ərzində pasiyentinə danışmasın. Belə təcrübələr yaşayan insanımız əlavə yerdən bir daha psixoloqlara etimadını itirir. Eləcə də, psixi pozuntular haqqında məlumatlılıq da olduqca aşağı aəviyyədədir. Bu bilgilər olarsa, insanlar yaşadıqları problemlərin çoxunun hansı şəkildə yarandığını və yaşam keyfiyyətlərinə təsir etdiyini daha aydın anlayarlar. Bir balaca fərqli olan insan bizim cəmiyyətimizdə dərhal qəribsənir və adaptasiya çətinlikləri yaşayır. Bizdə fərqliliklərə dözümlüıük aşağı səviyyədədir.
-Yaşam koçu və psixoloq fəaliyyəti nə ilə fərqlənir?
-Kouçinq deyirlər deyəsən, onlar tamam başqa fəaliyyətdir. Baxın, koçluq edən şəxs insana nəsə istiqamətlər verirsə, psixoloqlar məsləhət vermirlər.
Psixoloji yardım məhz zehni, emosional və sosial sahələrdə çətinliklər yaşayan şəxslərə elmi metodlara əsaslanaraq yardım edir.
Uşaqların inkişafında yaranan pozuntular, davranış pozuntuları, şəxsiyyətlərarası münasibətlərdəki çətinliklər, zorakılığa məruz qalma, posttravmatik stres, təşviş pozuntuları kimi məsələlər psixoterapiya və psixoloji korreksiya tələb edir.
Yetərli təhsili alıb almadığını soruşaraq müraciət etdikləri insandan bunu öyrənə bilərlər. Psixoterapevti seçərkən onunla görüşdə hansı metodikalarla işlədiyini də soruşsunlar. Tətbiq etdiyi yanaşmanın elmi əsaslı olub olmadığını. Və psixoterapiya, yaxud psixoloji müayinə üçün getdikləri mütəxəssisin etik qaydalara əməl etdiyinə fikir versinlər. Hər bir metodla bağlı müfəssəl məlumat verilməli və pasiyentin razılığı öyrənilməlidir. Növbəti görüşlərin razılaşdırılmasında əsaslandırmalar olmalı, seansların sizə faydalı olub olmadığına diqqət yetirməlisiniz. Psixoloqunuzdan qərar vermək lazım olanda məsləhət verən kimi istifadə edirsinizsə, artıq asılılıq yaranıb. Və bu, yolverilməzdir. Hər bir halda koçinq psixoloji yardım forması deyil. Bu sahəyə aid olanlar onun barəsində məlumat versə, yaxşıdır. Düşünmürəm ki, psixoloji pozuntuların korreksiyası koçinqlə mümkün olsun. Onu daha çox həyat hədəfləri qoymaq, məqsədə çatmaq kimi məsələlərdə çətinlik çəkənlərin müraciət etdiyi sosial təlim forması kimi başa düşürəm. Belə fəaliyyətlə zehnin ancaq səthi ilə işləyir. İnsanın özünə tam anlaşılmayan problemli motivasiya və emosional dolaşıqları olan birisi bu xidmtələrdən zərər görə bilər. Çünki, öncə özünü anlamaq və tanımaqla bağlı işləməlidir.
Əfsanə Kamal