Demokratiya,sərbəst iqtisadiyyat, sosial həyatın inkişafı... - HEYDƏR ƏLİYEV 100
12 May 2023 12:04 MüsahibəSiyasi elmlər doktoru, Odlar Yurdu Universitetinin professoru Cümşüd Nuriyev Heydər Əliyev ili və ulu öndərin 100 illik yubileyi ilə bağlı "Olaylar"-a danışıb:

-Cümşüd bəy, Ümumilli lider Heydər Əliyev azərbaycançılıq məfkurəsini yaşadan siyasətçilərdən biri idi. Onun "Mən fəxr edirəm ki, azərbaycanlıyam" ifadəsi hər birimizin dilində əzbər olub. İndi biz həmin məfkurəni layiqincə yaşada bilirikmi?
-Milli ideologiya milli-mənəvi dəyərlər sisteminin əsas potensiyasının real siyasi məqsədlər naminə səfərbər edilməsidir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Ümummilli lider 21 noyabr 1998-ci il tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda demişdir: "Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir... Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməli, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik..."
Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Ümummilli lider azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır.
- Heydər Əliyev hələ hakimiyyətə gəlməzdən öncə xalq üçün böyük işlər görüb. Həmin dövrü bizimlə paylaşa bilərsinizmi?
-Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərini şərti olaraq iki dövrə ayırmaq olar:
1969-1982-ci illər;
1993-2003-cü illər
Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikamızın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi Heydər Əliyevin yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və böyük təşkilatçılığı bütün 1970-80-ci illərdə müvəffəqiyyətlərin rəhni oldu.
Ölkədə güclü ruslaşdırma və milli dillərin sıxışdırılması siyasətinin yeridildiyi bir zamanda H.Əliyevin fəaliyyətində ana dilinə - Azərbaycan dilinə qayğı xüsusi yer tuturdu. Xalqın milli-mənəvi dəyərlərinin yaşadılması və inkişaf etdirilməsində ana dilinin müstəsna rol oynadığını başa düşən, onu bilməyənləri şikəst sayan Azərbaycan rəhbərinin fəaliyyəti, bu məsələyə münasibəti əsasən aşağıdakı istiqamətlərdə həyata keçirilirdi: Azərbaycan dilinin dövlət dili statusunu qoruyur, zənginləşdirməkdən ötrü şərait yaradır, saflığını mühafizə edir, dilçi alimlərə qayğı göstərir, ana dilində dərslik, dərs vəsaiti və kitabların nəşrini genişləndirmək üçün imkan yaradır, Azərbaycan dilinə həsr olunmuş kitablara dövlət mükafatları verirdi və s.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin I dövründəki (1969-1982) əsas xidmətləri:
1. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən 1969-cu il mayın 7-də sərhəd rayonlardan iki min hektardan çox Azərbaycan torpaqlarının Ermənistana verilməsi qərarının icrasının dayandırılması;
2. Bakı Məişət Kondisionerləri, Bakı elektrik maşınqayırma, məişət soyuducuları, radiozavod, robot, hesablayıcı maşınları zavodlarının, Sumqayıt kompressor, Gəncə "Büllur", "Azon", "Alunit" zavodlarının tikilməsi;
3. "V.İ.Lenin" adına Sarayın (hal-hazırda H. Əliyev adına Saray) tikilməsi;
• 8-ci kilometr, Musabəyov, Bakıxanov, Əhmədli, Günəşli, Mərdəkan, Hövsan, Xırdalan qəsəbələrin salınması;
4. 4, 6, 7, 8, 9-cu mikrorayonların salınması;
5. Xankəndində Azərbaycan Pedaqoji İnstitutunun filialı əsasında müstəqil pedaqoji institutunun açılması;
6. Kəlbəcərə "Murov yolu"nun çəkilməsi (H.Əliyev "Murov yolu"nu çəkməklə Kəlbəcərin iqtisadi mövqeyini möhkəmləndirərək erməni millətçilərinin niyyətlərini puça çıxardı);
7. Dağlıq Qarabağ məsələsinin yenidən ortaya atılmasının qarşısının alınması;
8. C.Naxçıvanski adına Respublika orta ixtisaslaşdırılmış internat məktəbinin açılması;
- Neft-qaz sənayesində etdiyi yeniliklər Azərbaycan tarixi üçün unudulmaz olub. Əsrin müqaviləsi kimi böyük işlərə imza atıb. Təməli o dövrdə atılan işlər indiki Azərbaycan üçün hansı rolu oynayır?
-Heydər Əliyevin təşəbbüsü ilə 1970-80-ci illərdə Azərbaycana "Şelf-2", "Şelf-3", "Şelf-4", "Şelf-5" qazma qurğuları gətirildi. Bu qurğular vasitəsilə "Dədə Qorqud" və "İstiqlal" qurğuları düzəldildi. Qurğuların işini təşkil etmək üçün "Süleyman Vəzirov", "İsrafil Hüseynov" kimi boruçəkən gəmilər, 2500 ton yük qaldıra bilən "Azərbaycan" kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər, başqa texniki gəmilər gətirildi. Ümumiyyətlə, həmin illərdə Xəzərdə 400-dən çox gəmi fəaliyyət göstərirdi. Açılan neft yataqlarında platformalar tikmək üçün Bakıda Dərin Dəniz Özülləri zavodu tikildi. Bu, Sovet İttifaqından alınan vəsait hesabına tikilmişdi.
Azərbaycan neft sənayesinin inkişaf etdirilməsinə hələ ötən əsrin 70-80- ci illərində Heydər Əliyevin belə böyük diqqət və qayğısı olmasaydı, dövrdə maddi-texniki baza yaradılmasaydı, indiki dövrdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən işlənmiş nəhəng neft strategiyası da ola bilməzdi. İndiki "Günəşli" yatağında fəaliyyət göstərən 12 platforma, 150 istismar quyusu məhz Dərin Dəniz Özülləri Zavodımun hesabına meydana gəlmişdi. "Azəri", "Çıraq", "Kəpəz" yataqları da "Günəşli" yatağının kəşfindən sonra meydana gəlmişdir.
T.Svyatoxovski bir əsərində yazır: "Əliyev nailiyyətinin ən aşkar mənbəyi onun neft siyasətində idi. Lakin həmin siyasət həm də yerliçiliyi həyata keçirirdi. Bu da yerli nomenklaturanın möhkəmləndirilməsi ilə nəticələndi. Əliyevin otuz beş nəfər əsas əməkdaş və tərəfdarlarının demək olar ki, hamısı azərbaycanlı idi. Əliyev mühüm əhəmiyyətli boş vəzifə yerlərini doldurmaq üçün slavyan mənşəli namizədlərdən istifadə edilməsinə heç bir meyl göstərmirdi və bir qayda olaraq, rus millətindən olan ikinci katib Moskva tərəfindən təyin edilirdi" (Svyatoxovski T. Rusiya və Azərbaycan. Sərhədyanı bölgə keçid dövründə. Bakı, 2000, s.248-249).
Bu gün Azərbaycan öz inkişaf tempinə görə Qafqazda lider ölkədir. Bütün bunların əsası, özülü isə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan Respublikası dinamik inkişaf yolu ilə gələcəyə doğru addımlamaqdadır. Ölkəmizdə qlobal proqramlar, irimiqyaslı layihələr, dövlət proqramları həyata keçirilir. İqtisadiyyatımıza xarici investisiyaların axını güclənir. Ölkənin ixrac potensialı artır.
-Heydər Əliyev müəllimə, həkimə, sənətçiyə dəyər verən siyasətçi olub. Bu cür siyasətçilər hər xalqın tarixində çox az sayda olub və iz buraxıb...
-Məlum olduğu kimi, tarixən hər bir xalqın həyatında müstəsna xidmətləri olan insanlar olmuşdur. Ötən iyiyrmi il ərzində Heydər Əliyev irsinin elmi müstəvidə araşdırılması göstərdi ki, H. Əliyev fenomenal bir liderdir. "Fenomen" latın sözü olub, mənası "nadir", "qeyri-adi hadisə", "ideal varlıq" deməkdir.
"Lider" isə ingilis sözü olub "aparıcı" deməkdir. Liderlik anlayışı politologiya, sosiologiya, psixologiya və digər elmlərdə geniş istifadə olunur. Liderlik fenomeni uzun əsrlər boyu çoxsaylı tədqiqatçıların fikirlərini özünə cəlb etmişdir. Ancaq XX əsrin əvvəllərində idarəetmə sisteminin tədqiqi ilə əlaqədar olaraq liderlik fenomeni tədqiqat obyektinə çevrilə bilmişdir. Ötən əsrin 70-ci illərindən C.Mak-Qreqori Börnsin, R.Takerin, B.Kellermanın, C.Peycin əsərlərində liderlik anlayışının araşdırılması öz əksini tapmışdır. Bu məsələnin araşdırılması səmərəli rəhbərlik metodlarının işlənməsi, seçilməsi və formalaşması üçün çox vacibdir. Odur ki, liderlik probleminin elmi səviyyədə araşdırılması mühüm əhəmiyyətə malikdir.
Lider - elə bir şəxsiyyətdir ki, bütün qrupun maraqlarına toxunan, onların fəaliyyətinin istiqamətlərini və xarakterini müəyyənləşdirən məsələlərin həlli zamanı qərar qəbul etmək hüququnu üzərinə götürə bilir. Bu şəxs rəsmi şəkildə təsdiq oluna və ya öz təşkilatçılıq qabiliyyəti ilə kollektivə rəhbərlik edə bilər. Lider öz ardıcıllarını ancaq istiqamətləndirmək və ardınca aparmaq istəmir, həm də istəyir ki, onlaq könüllü şəkildə onun arxasınca gəlsinlər. Liderə aşağıdakı xüsusiyyətlər xasdır: özünəinam; iti və çevik ağıl; öz işini xırdalıqlarına qədər bilən; güclü iradə; insan psixologiyasının xüsiyyətlərini anlamaq bacarığı; təşkilatçılıq qabiliyyəti. Liderlik üçün əsas kefiyyət göstəriciləri kütlənin öz liderinə inamı və məhəbbətidir. Ümummilli liderimiz Heydər Əliyevdə sadalanan bütün xüsusiyyətlər var idi.
Təəssüf ki, komunist ideologiyası bu dahi İnsanın milli xüsusiyyətlərini görməkdə bizə çox əngəl tərədə bildi. Millət olaqraq Onun xidmətləri haqqında yeni bilgilər əldə etdikcə Heydər Əliyevə rəğbətimiz artır.
Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. 30 oktyabr 1997-ci il tarixində keçirilən Azərbaycan yazıçılarının X qurultayında çıxış edən Ümummilli lider qeyd etmişdir ki, "Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir."
Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. 30 oktyabr 1997-ci il tarixində keçirilən Azərbaycan yazıçılarının X qurultayında çıxış edən Ümummilli lider qeyd etmişdir ki, "Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir."
- İndiki bütün dinlərə və irqlərə qarşı tolerant olan ölkə kimi Azərbaycanın formalaşmasında Heydər Əliyevin rolu danılmazdır.
-Ümummilli liderin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Burada Heydər Əliyev üç tərkib hissəsini xüsusi qeyd edirdi: dil, din, adət-ənənə (bunların şüur müstəvisində proyeksiyası olan milli mentalitet). İslam dininin banisi Həzrəti Məhəmməd Əleyhissəlamın müqəddəs mövlud günündə Bakının Şıx kəndində Bibiheybət məscidinin bərpasına başlanması mərasimi ilə əlaqədar 23 iyul 1997-ci ildə keçirilən tədbirdə Ulu Öndər qeyd etmişdir: "Azərbaycanın müstəqil yaşaması, Azərbaycanın milli azadlığı, xalqımızın öz taleyinin sahibi olması, özünün milli-mənəvi, dini dəyərlərinə sahib olması tarixi bir hadisədir." -
Bu gün Azərbaycan Respublikasında din - dövlət münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının qanunu və bu qanuna edilmiş dəyişikliklər və əlavələr, habelə digər normativ aktlara əsasən tənzim edilir. Konstitusiyanın 7-ci maddəsində göstərilir: "Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitar respublikadır". Konstitusiyanın 18-ci maddəsi bildirir ki: "Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Insane ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır". Konstitusiyanın 48-ci maddəsi vicdan azdlığı prinsipini şərh edir: "Hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və başqalarıilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai-əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüququ pozuntusuna bəraət qazandırmır".
Azərbaycan dünyəvi və tolerant bir dövlətdir. Hər kəs dini etiqad azadlığına malikdir. Bütün bunların əsası ulu öndər tərəfindən qoyulmuşdur. O, 10 oktyabr 2002-ci ildə keçirilən "Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması" mövzusunda beynəlxalq konfransın açılış mərasimindəki nitqində qeyd etmişdir ki, "Avropa ilə Asiyanın qovuşağında, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, islam, xristian və yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc yanaşı yaşamış və gördüyümüz kimi, indi də yaşamaqdadır."
1992-ci ilin avqustunda qəbul olunmuş "Dini etiqad azdlığı haqqında" Azərbaycan Respublikasının qanunu respublika vətəndaşlarının dinə öz münasibətini bildirmək və ifadə etmək azadlığını təsbit edir, onların dinə münasibətlərindən asılı olmayaraq, hüquq bərabərliyini təmin edir. Qanun müstəqil Azərbaycan Respublikasında dini qurum və icmalarım fəaliyyətinə, dini etiqad azadlığı ilə əlaqədar vətəndaşların və dini qurumların hüquqlarına, dini qurumıarın dövlət orqanları ilə münasibıətlərinə dair məsələlərin tənzimlənməsi üçün əsas yaradır.
Müstəqilliyimizin dönməz və əbədi olması üçün müasir milli ideologiyanın banisi Ulu Öndər 30 mart 1994-cü ildə Prezident Sarayında pambıqçılıqda mövcud vəziyyət və səpin kampaniyasına hazırlıqla əlaqədar problemlərin həlli yollarına həsr olunmuş müşavirədə demişdir: "Gərək hamımız dərk edək ki, müstəqillik qazanmışıq, xalqımız azaddır, öz taleyini həll etmək imkanı var, Azərbaycan müstəqil dövlət kimi yaşamalı və inkişaf etməlidir. Bunun üçün hər bir kəsdə vətəndaşlıq hissi, Vətənin taleyi ilə yaşamaq hissi yüksək səviyyədə olmalıdır."
Bu gün Azərbaycana ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Azərbaycan xalqının iradəsini ifadə edən Prezident İlham Əliyev həm də dünya azərbaycanlılarının lideridir. O, dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan cənab İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. Dövlət başçısı sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda milli maraqları dönmədən uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu getdikcə artır.
Sonda etiraf etmək istəyirəm ki, Heydər Əliyev kimi bir dahinin rəhbərliyi altında həm Milli Məclisdə, həm də Kənd təsərrüfatı nazirinin müavini kimi çalışdığım müddət ərzində dövlətçiliyin və idarəetmənin "Əlifbasını" ulu öndər Heydər Əliyevdən öyrəndim. "Heydər Əliyev irsinin politoloji aspektləri" fənnini tədris edən və onun siyasi irsini araşdıran bir alim kimi bildirirəm ki, mən Heydər Əliyevi indi daha yaxşı tanıyıram və dərk edirəm. Təəssüf ki, mən onunla birlikdə çalışdığım zaman bu xüsusiyyətlərini görə bilməmişəm. Ona mənəvi borcum var. O mənim müəllimim olub. Azərbaycanda dövlətçilik insitutu yoxdur. Azərbaycanda dövlətçilik ənənələrinin qorunub saxlanması, Heydər Əliyev irsinin olduğu kimi gələcək nəsilə çatdırılması üçün Heydər Əliyev adına dövlət insitutu yaradılmalıdır. Elmi tədqiqat insitutu olmalıdır. İnanıram ki, Ali Baş Komandan İlham Əliyev belə bir addım atacaq. Milli Elmlər Akademiyası nəzdində fəlsəfə insitutu var. Tarix insitutunda da Heydər Əliyev irsini araşdıran şöbələr var. Onların əsasında Azərbaycan dövlətçilik insitutunun yaranmasını, Azərbaycan Respublikası Prezideni yanında Dövlət İdarəçilik Akademiyasına Heydər Əliyevin adının verilməsini təklif edirəm.
Əfsanə Kamal