Yaxın zamanlarda atılan addımların bir məntiqi nəticəsi olacaq
27 Yanvar 2023 13:26 MüsahibəQərbi Azərbaycandakı soydaşlarımızın başlarına gətirilən fəlakətlərin miqyası və Vətənə qayıdış Konsepsiyası barəsində politoloq Samir Hümbətov ilə həmsöhbət olduq:
- Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın taleyi dövrlərdən asılı olmayaraq demək olar ki, eyni olmuşdur. İstər 1905-1910-cu illərdə, 1920-1930-cu illərdə, istər 1948-1953-cü illərdə və yaxud da ki, 1988-1989-cu illərdə olsun, fərqi yoxdur, eyni taleyi yaşamışlar. Həm tamamilə itirilmiş ərazilər var idi, həm də bu ərazilərin əldən çıxması ilə yanaşı, soydaşlarımız qırğına məruz qalmışlar. Nəzərə almaq lazımdır ki, 1948-1953-cü ildə təqribi hesablamalara görə 150000-dən çox, 1988-ci ildə isə 250000-dən çox qərbi azərbaycanlılar Ermənistan ərazisindən deportasiyaya məruz qalıblar və ərazilərini itiriblər. Əhali orada bütün var-imkanlarını itirib. Bu sözün əsl mənasında bir tragediyadır. Yəni, bunun miqdarı hələ hesablanıb başa çatdırıla bilmir. Amma verilən son statistik məlumatlara görə, indiki Ermənistanın təqribən 25% ərazisində qərbi azərbaycanlılar yaşamışlar. Əlbəttə ki, hazırlanan Vətənə Qayıdış konsepsiyasında bütün bunlar hamısı öz əksini tapıb və qayıtmalı olan şəxslərin siyahısı hazırlandıqca, yavaş-yavaş artıq bununla bağlı sülh danışıqları prosesi kimi məsələlər önə çıxarılacaq və həmin azərbaycanlıların Ermənistanın həmin ərazilərinə, harda yaşamışdılarsa, ora qayıtmaları və orada yaşaması üçün bütün hüquqi prosedurlardan istifadə ediləcək.
- Sonradan hansı amillər onların dədə-baba yurdlarına qayıtmalarına əngəl oldu?
- Özümdən götürürəm, bizim əslimiz ordandır və mənim babalarım təxminən 1928-1929-cu illərdə qaçqın düşərkən, onlar həmin ərazilərdən çıxarılıb, yerinə Yaxın Şərqdən gətirilən ermənilər köçürülüb, yerləşdirilmişdi. Artıq onların yerləri də tutulmuşdu və həmin ərazi, var-dövlətləri, bütün mülkləri əllərindən alınmışdı. Bəzilərini öldürürdülər, bəzilərini isə əsir kimi işlədirdilər. Bu baxımdan da, artıq hər bir dövr, 10-15 ildən bir bu deportasiya prosesi baş verdiyi üçün artıq geri qayıtmaq məsələsi çətin idi. Çünki orda yaşamağa da imkan vermirdilər və orada olan millətçilik, terrorçuluq bu sadə, dinc qərbi azərbaycanlıların orada yaşamasına mane olan amillər idi.
- Sizcə, yeni dönüş yaxın gələcəkdə mümkündürmü?
- Yaxın zamanlarda həmin ərazilərə qayıdışın mümkün olması o qədər də asan məsələ deyil. Amma hesab edirəm ki, sülh danışıqları prosesində artıq bu məsələ də özünün əksini tapacaq. Düşünürəm ki, belə olan halda isə müəyyən bir zaman içində əgər sülh danışıqları nəticə verəcəksə, qərbi azərbaycanlıların da öz doğma yurd-yuvalarına qayıtması ilə bağlı məsələ öz həllini tapa bilər.
Bir də bundan ötrü düşünürəm ki, hüquqi prosedurlar var. Yəni, Beynəlxalq Ədalət Məhkəməsinə bununla bağlı da müraciət etmək olar ki, həmin şəxslərin ora qaytarılması və orada yerləşdirilməsi ilə bağlı hüquqi bütün addımlar atılsın, ondan sonra Azərbaycan hökuməti özü lazım olan prosesləri həyata keçirəcək. Belə olan halda isə, bizim üçün qarşımızda duran əsas məsələ nədir? Birinci, həmin şəxslərin siyahısı artıq tam şəkildə tərtib edilməlidir və daha sonra biz həmin hüquqi prosedurları işə salaraq, tanıtdırmalıyıq. Beynəlxalq ictimaiyyətdən də bu mövzuda dəstək almalıyıq ki, növbəti mərhələdə həmin şəxslər köçürülsün. Bu bəlkə bir-iki, bəlkə də bir neçə ilin işidir. Amma hər halda bunu həyata keçirmək mümkündür.
- Sizcə, soydaşlarımız hansı yolu izləməlidir?
- Düşünürəm ki, soydaşlarımızın indiki zamanda hansı yolu izləməsi daha məqbul görünər? Burda beynəlxalq ictimaiyyət əlbəttə ki, məsələyə qanuni tərəfdən yanaşacaq. Biz ora köçlə bağlı bütün hüquqi prosedurları keçmək üçün alt bazanı, mexanizmi formalaşdırmalıyıq. Bu mexanizm də nədən ibarətdir? Məsələn, belə deyək, tarixi faktlar, sübutlar əlimizdə olmalıdır, bütün dəlillər toplanmalıdır, bütün icmaların fəaliyyəti gücləndirilməlidir, bütün Azərbaycanın üzərinə düşən öhdəliklərin hamısını özü öz içərisində həll etməlidir. Yəni, tarixi, siyasi baxımdan bütün məsələlər həll olunmalıdır. Bütün materiallar, sübutlar hazır olub, təqdim edildikdən, məhkəmə qərar çıxardıqdan sonra, düşünürəm ki, bunu həyata keçirmək olar.
Zaman-zaman miqrasiya prosesləri olub. Bəzən soydaşlarımız bir ərazidən çıxarılıb, digər ərazilərə köçürülüb. Bəziləri öz yurdlarına qaytarılıb, bəziləri isə qaytarılmayıb. Bu baxımdan, konkret bir nümunə beynəlxalq miqyasda bir az çətin məsələdir. Balkan ölkələrində bu proses yaşanıb. Bəzi ərazilərdən çıxarılıb, sonra yenidən qaytarılıblar. Bu proses baş verib.
Düşünürəm ki, biz hüquqi proseslərə əsaslanaraq hərəkət etməliyik. Bütün dəlillər toplanmalıdır, sonra onu məhkəməyə təqdim edib, hüquqi proseduru həyata keçirməliyik.
- Sizcə, bu mövzuda Qərbi Azərbaycan İcmasının üzərinə hansı vəzifələr düşür?
- Şübhəsiz ki, Qərbi Azərbaycan İcması bu gün yeganə icmadır ki, bu prosesləri həyata keçirməyi üzərinə götürüb, onu da uğurla həyata keçirə biləcək potensiala malikdir. Düşünürəm ki, orada olan şəxslərin bir-başa qərbi azərbaycanlılarls bağlı məsələyə üstünlük verməsi, yəni, sırf onların araşdırılması, tarix, mədəniyyət, etnoqrafiya, adət-ənənələri və s. baxımından hərtərəfli araşdırılması bu gün Qərbi Azərbaycan İcması tərəfindən həyata keçirilir. Düşünürəm ki, onlara dəstək verilərsə, o dəstək əsasında hansı ki, artıq ölkə başçısı cənab İlham Əliyev də bununla bağlı dəstəyini ifadə elədi və bildirdi ki, nə lazımdırsa, şərait yaradılacaq. Bununla sənədli filmlər də çəkilməlidir, tarix sənədləri, dərsliklər, hər biri hazırlanmalıdır. Çünki bu böyük bir prosesdir və biz bu məsələdə Qərbi Azərbaycan icmasının böyük bir məsuliyyət daşıdığını və bu işin öhdəsindən gələ biləcəyini düşünürük. Elə düşünürəm ki, yaxın zamanlarda artıq hazırlanan konsepsiyaya da Qərbi Azərbaycan icması xüsusi diqqət yetirəcək və bu məsələlərin hər biri də orada öz əksini tapacaq.
- İndiyə qədər bu barədə verilən siyasi mesajların əhəmiyyəti nədən ibarətdir?
- Doğrudur, İkinci Qarabağ Müharibəsinə qədər və ondan sonrakı müddətdə də bəzən olur ki, bununla bağlı mesajlar verilir. Amma təbii ki, bu sözdə qalıb. Düşünürəm ki, sonuncu 2022-ci ilin dekabrın 24-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasını ziyarət etməsi və orada söhbət aparılması, bir sıra məsələlərə işıq tutulması ondan xəbər verir ki, deməli, artıq əməli tədbirlərin görülməsi zamanıdır və necə ki, beynəlxalq ictimaiyyətdə ermənilərə dəstək verirlər, onları haqlı çıxmağa çalışırlar, biz öz hüququmuzu qorumalıyıq. Ermənilər özlərini beynəlxalq ictimaiyyətə məzlum kimi, öz ərazilərini itirmiş xalq kimi göstərməyə çalışırlar. Halbuki belə şey yoxdur. Düşünürəm ki, biz də bunu tətbiq etməliyik ki, haqlı səsimizi, yəni, hansı ki, biz o ərazilərdən qaçqın düşmüşük və ərazilərimizi itirmişik, öz yurdlarımıza 30 ildən çoxdur qayıda bilmirik, həmin ərazilərə qayıtmaq üçün artıq müasir bəyanatlardan çox əməli addımlar atılmalıdır və bu istiqamətdə də işlər görülür. Düşünürəm ki, yaxın zamanlarda bu atılan addımların bir məntiqi nəticəsi olacaq.

Röyalə Xəyal
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31