“Mir Cəfər Bağırov Azərbaycanın tarixi şəxsiyyətidir” - MÜSAHİBƏ
Adıgözəl Məmmədov: “Beriya Cənubi Azərbaycan layihəsini gündəmə gətirməklə Stalinin qəzəbini Türkiyədən yana çevirdi”
31 Oktyabr 2012 15:45 MüsahibəOnun kitablarının əksəriyyəti ictimai-siyası yükümlük daşıyır. Yəni, birbaşa psixoloji portiretologiya və siyasi analizlər formasında qələmə alınıb. Kitablar siyasi liderlərin psixoloji portretləri və bu konteksdə tarixə bir baxışı əhatə edir. İndiyə qədər "Siyasi liderlərin psixoloji portreti", "Mühəmmər Qəzzafinin iqtisatı", "Səudilər sülaləsi, Geosiyasət","Baş tutmayan çevriliş", "Beriya Türkiyə agenti: Mir Cəfər Bağırovun qanadı altında" "Kreml rəhbərlərinin psixoloji portretləri","Avtoritar rejimlər və psixokoji portretlər" və "Osmanlının şöküşünə Rusiyadan baxış" kimi kitablarının müəllifidir. Bu kitablarda tarixi konteksdə baş verən proseslərə rəhbər fərdin psixoloji dəyərlərindən və dünyaya baxışlarından qaynaqlanan təsirlər araşdırılır. Beləliklə müsahibimiz Psoxoloji portretologiya və siyasi analizlər mərkəsinin rəhbəri Adıgözəl Məmmədovdur.
- Adıgözəl müəllim, araşdırmanız nəticəsində hansı qənaətə gəlmisiniz, siyasi liderlərin psixoloi durumları dövlət idarəçiliyinə nə dərəcədə təsir göstərir?
- Nəzərə almaq lazımdır ki, post-sovet dönəmində avtoritar dövlətlərdə siyasi proseslər daha çox liderin iki dodağının arasından çıxan fikirlərlə idarə olunurdu. Adətən demokratik cəmiyyətlərdə, demokratik dövlətlərdə dövləti institutlar idarə edir. Avtoritar dövlətlər və rejimlərdə isə dövləti avtoritar lider idarə edir. Ona gərə də belə cəmiyyətlərdə baş verən tarixi proseslərə məhz həmin liderin təsiri çox böyük olur. Bu baxımdan, həmin liderlərin psixoloji portretlərini yaratmaq, psixoloji keyfiyyətlərini üzə çıxarmaq, onların düçüncə səviyyəsini, dünyaya baxışlarını, baş verən proseslərə inteqrativ reaksiyalarını öyrənərək hər hansı prosesin proqnozunu da vermək imkanı yaradır. Təsadüfi deyildir ki, mən hazırda Psixoloji portiretologiya və siyasi analizlər mərkəzinin rəhbəriyəm.
- Araşdırmalarınız zamanı hansı qənaətə gəldiniz, ən çox hansı avtoritar liderlərin iki dodağı arasından çıxan fikirlər idarəçiliyə təsir edib? Bu təsirin nəticəsi nədən ibarət olub?
- Əslində avtoritar liderləri kateqoriyalara bölmək düzgün olmazdı. Mənim tədqiqatlarımın bütün personajlarının böyük əksəriyyəti siz dediyiniz təfəkkürə və xüsusiyyətlərə malik liderlərdir. Məsələn, Müəmmar Qəddafi, Əbdüləz İbn Əbdülrəhman, Adolf Hitler, İosif Stalin bu qəbildən olan liderlərdir. Ümumiyyətlə, avtoritar rejimlərdə avtoritar liderin xarakteri avtoritar idarəetmə mexanizmlərindən qaynaqlanaraq mühitin diktə etdiyi xüsusiyyətlərə görə formalaşır. Əgər rejim avtoritar, insan avtoritardırsa o rejimdəki keyfiyyətlər təbii ki, bir-birinə paralellik təşkil edəcək. Zatən, tarix təkrar olunduğu kumu müəyyən genoloji yaddaşı daşıyan fərdlər də təkrarlanır. Məsələn, bu gün Koreya cəmiyyətində bir çoxlarına daşıdığı nişana görə qiymət verirlər. Nişan bir az böyükdürsə, deməli həmin şəxs lideri sevir, balacadırsa, əksinə. Bu idarəetmədə o qədər oxşarlıq var ki... Məlum olduğu kimi insan müəyyən əzalardan ibarətdir, insanın beyin mərkəzi və onun müəyyən beyin quruluşu var ki, bununla yetərincə oxşar cəhətlərin olduğu anlamına gəlmək olur. Sadəcə insanı tərbiyələndirən sosial təsirlərdir. Sosial mühit insanı bir fərd kimi də formalaşdırır. Ona görə də avropalının burada canı sıxılacaq, biz isə Avropada özümüzü apara bilməyəcəyik. Bu proseslər müəyyən dövrü əhatə edir. Çünki hər bir fərdin xarakteri onun həyat tərzində müəyyən iz buraxır. Ümumilikdə avtoritar rejimlər bir-birinə o qədər oxşayır ki, onları bir-birindən ayırmaq mümkün deyil.
- Sizin araşdırmanızdan belə bəlli olur ki, Beriya Türkiyənin agenti olub. Bununla bağlı hansı tutarlı faktlar aşkarlamısınız?
- "Beriya Türkiyə agenti: Mir Cəfər Bağırovun qanadı altında" kitabımdakı təqiqatlar sırf arxiv sənədləri əsasında tərtib olunub. Diqqətə şatdırmaq istəyirəm ki, 1918-ci ildə, Milli Azərbaycan dövlətinin formalaşdığı bir dövrdə ölkənin bir sıra sahələrdə milli kadrları olmadığı kimi xüsusu xidmət orqanlarında da milli kadrlarımız yox idi. Bu missiyanı Türk subayları, türk əks-kəşfiyyat subayları təşkil edirdilər. Azərbaycanda ilk dəfə Musavat əks-kəşfiyyatını yaradanlar da türk əks-kəşfiyyatçıları olub. Təsadüfi deyil ki, məhz bu dövrdə Müsavatın əks-kəşfiyyatına Beriya cəlb olunur. Əgər bunun əsas təşkilatçıları türk kəşfiyyatçılarıdırsa, bu dolayı yolla Türkiyə xarici kəşfiyyatının kartotekasına düşmüş kəşfiyyatçı olur. Ona görə də 1953-cü ildə Beriya həbs olunanada tərtib edilən istintaq protokollardan görürük ki, sonrakı proseslərdə Beriyanın həm Gürcüstan menşevikləri ilə, həm də Sovet ünsürlərinə qarşı olan digər qurumlarla əlaqələri var idi. Hətta onun həyat yoldaşı Nina Teymuradov Gürcüstan menşevik hərəkatının başçısı Qiqeçqorinin qardaşı qızı idi. Bu baxımdan, 1930-cı ilə qədər onların yazışmaları davam edirdi. Beriya öz həyat yoldaşı vasitəsilə birbaşa Türkiyədəki mərkəzlə gizli əlaqə saxlayırdı. Məhz onun Mur Cəfər Bağırovla münasibətlərinin yaxşılaşmasında Bağırovun Beriyanın Türkiyə əks-kəfiyyatına işləməsi barədə məlumatının olması müəyyən rol oynayırdı.
Azəırbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Mir Cəfər Bağırov artıq Nəriman Nərimanovun təqdimatı ilə Fövqəladə Komissiyaya rəhbər gətirilir. Mir Cəfər Bağırovun ən birinci işi o olur ki, həbsdə olan Beriyanı azad edərək birbaşa özünə müavin götürür. Onların bir-birinə bağlılığı o dərəcədə yaxın olur ki, sonrakı proseslərdə bu yaxnlıq azərbaycanlıların köçürülməsinin qarşısının alınması, Cənubi Azərbaycan layihəsi üzərində Kremilin dayanmasında Bağırov-Beriya cütlüyünün xidmətlərində özünü göstərir. Bu xidmətlər ikinci dünya müharibəsindən sonrakı dövrlərdə də özünü büruzə verir. Məlum olduğu kimi Stalinin Türkiyə torpaqlarına iddiaları var idi. Kars, Ərdahan və Dardanel boğazının guya Ermənistan və Gürcüstan torpağı olması barədə Molotovun Türkiyəyə göndərilmiş notası var idi. Bu torpaq iddiaları o vaxt edilirdi ki, artıq dünya Sovet əsgərlərinin tapdağı altında idi, alman ordusu sındırılmışdı, Jukov tələb edirdi ki, Sovet ordusu Avropanın sonuna qədər irəliləməlidir. Belə bir dövrdə Türkiyəyə nota göndərilir və torpaq iddiası ortaya qoyulur. Məhz o dövrdə Beriyanın ən böyük xidməti o oldu ki, Cənubi Azərbaycan layihəsini gündəmə gətirməklə siyasi rəhbərliyin başında dayanan Stalinin qəzəbini Türkiyədən yana çevirdi.
- İstər siyasi xadim, istərsə də dövlət rəhbəri kimi Mir Cəfər Bağırov barədə təzadlı fikirlər mövcuddur. Siz araşdırmanız zamanı bu şəxs barədə hansı qənaətə gəlmisiniz?
- Qeyd edin ki, instutusional üsul idarə mexanizmi olan dövlətlərlə müqayisədə avtoritar liderin dövlətin siyasətinə və eləcə də baş verən proseslərə təsiri daha çox olur. Söhbət konkret Mir Cəfər Bağırovdan gedirsə, bütün siyası cəhvləri ilə bərabər o, Azərbaycan dövlətinin tarixi şəxsiyyətidir.
- Kitablarınızda müxtəlif dövlət başçıları barədə araşdırmanız var. Bu araşdırmalar həmin dövlətlərin elm və siyasi ictimaiyyəti tərəfindən necə qarşılanır?
- Mənim kitablarım təsadüfi deyil ki, dünyanın ən məşhur universitetlərinin kataloqlarına daxil edilib. Bu kitablar ABŞ, Avropan, Avstraliya və İsrailin çoxsaylı universitetlərinin kataloqlarına salınaraq əlavə dərs vəsaiti kimi istifadə olunur. Eini zamanda, ABŞ-ın dövlət rəhbərlərinin istifadə etdiyi konqres kitabxanasının kataloquna daxil edilib. Bu onun göstəricisidir ki, bu kitablar yetərincə ciddi qarşılanır.
- "Osmanlının çöküşünə Rusiyadan baxış" adlı kitab ərsəyə gətirmisiniz. Kitabda Rusiyanın Osmanlı imperiyasına münasibətində hansı yeniliyi ortaya qoymusunuz?
- Mən bir müddət Türkiyədə yaşamışam. Türkiyənin siyasi elitası ilə yaxından tanışam. Müşahidə etmişəm ki, Osmanlı imperiyasının çöküşündəki faktorlar sırasında Rusiyaya az yer ayrılır. Təəccüblü tərəfi o idi ki, necə olur ki, Rusiya imperiyası Osmanlı ərazisində artıb, ancaq bu fakt kifayət qədər araşdırılmayıb. Məsələn, Osmanlı imperiyası Balkanlardan çəkilib, ora Rusiya girib, Krımdan, Qafqazdan çəkilib, Rusiya girib. Rusiya imperiyası öz dairəsini Osmanlı imperiyasının ərazisi hesabına artırıb, ancaq tarixi mənbələrdə buna bir o qədər yer ayrılmır. Bu boşluq müşahidə olunurdu və belə hesab etdim ki, bu istiqamətdə araşdirma aparmaq Azərbaycan və türk şüururna böyük bir töhvə olar. Məhz bu məqsədlə kitabda ilkin mənbə olaraq birbaşa Rusiya qədim aktlar arxivinin sənədlərinə istinad etmişəm. Məsələn, kitabda göstərilir ki, hələ 1703-cü ildə ilk diplomatik münasibətlər yaranan zaman Rusiyanın Osmanlı imperiyasında ilk səfiri Pyotr Aleksandroviç Tolstoy olur. Onun əsas işi kəşfiyyat xarakterli məlumatlar əldə etmək, saraydaxili intriqaları birbaşa Pyotra çatdırmaq idi. Onun əsas məqsədinin Rusiyanın milli maraqlarına xidmət etmək olmasına baxmayaraq türkləri də aşağılamırdı. O, Pyotura göndərdiyi məktubunda qeyd edirdi: "Sultan sarayında olarkən öz qabiliyyətini və mədəniyyətini göstərməklə bərabər, çox ciddi müşahidəçi və ehtiyatlı olmalısan. Əks tədqirdə dövlətin istər hərbi, istərsə də siyasət adamlarının başları allanmaz. Ona görə ki, dövlət adamları ilə görüşən zaman sən qarşı tərəfin niyyətlərindən, onların gizli hərbi hazırlıqlarından və bunun hansı dövlətə qarşı olmasından və gələcəkdə ola biləcək müharibənin quru və ya dənizlə həyata keçirə bilməsindən xəbər tutmalısan. Türklər vüqarlı, azadlıqsevən, hür və əzəmətli xalqdır. Bu üzdən də qanlı savaşlar apararkən heç bir dövlətlə ittifaqa girməzvə yardım almazlar. Türklər Osmanlı təbəəsi olan yerli xristian xalqlarına deyirlər ki, onlar məğlubedilməzdirlər, heç kimsə onları qorxutmaz, qorxudamaz". Mən də bu sahədəki boşluğu araşdırmağı özümə borc bildim.
Alim