Meksika və Aİ arasında 25 illik əlaqələr yenilənir: Strateji tərəfdaşlıq sazişi imzalanacaq – ÖZƏL
14:09 SiyasətOlaylar.az xəbər verir ki, Meksika və Avropa İttifaqı (Aİ) mayın 22-də Mexikoda keçiriləcək VIII ikitərəfli sammit çərçivəsində yeni strateji tərəfdaşlıq və aralıq tərəfdaşlıq ticarət sazişlərini imzalayacaqlar. Meksika Prezidenti Klaudiya Şeynbaum və Avropa İttifaqı Şurasının sədri Antonio Koşta arasında baş tutan telefon danışığından sonra yayılan rəsmi bəyanatda qeyd olunub ki, bu sənədlər 25 il əvvəl qurulmuş siyasi və iqtisadi münasibətlər çərçivəsini köklü şəkildə yeniləyəcək. Sammitdə Aİ-ni Antonio Koşta ilə yanaşı, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen təmsil edəcək. Yeni sazişin strateji sektorlarda əməkdaşlığı dərinləşdirəcəyi və hər iki tərəf üçün dayanıqlı inkişafın əsasını qoyacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31