Saxalin və Hokkaydo arasında körpü ideyası müzakirə olunmur- ÖZƏL
15:04 SiyasətRusiyanın Saxalin adası ilə Yaponiyanın Hokkaydo adası arasında körpü və ya tunel tikmək ideyası hazırda müzakirə mövzusu deyil. Olaylar.az xəbər verir ki, bu barədə Yaponiyanın hakim Liberal Demokrat Partiyasının üzvü Muneo Suzuki TASS müxbirinə Rusiya prezidenti Vladimir Putinin materikdən Saxalin adasına körpü tikmək zərurəti ilə bağlı fikirlərini şərh edərkən bildirib.
"Düşünmürəm ki, bu müzakirə olunur. Rusiya ilə münasibətlərin gələcəyini düşünsək, xüsusilə ən yüksək səviyyədə daha aktiv insanlararası mübadiləni və iqtisadi mübadilələri təşviq etməliyik", - deyə deputat bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31