Serbiya və Bosniyadan Ukraynaya gizli hərbi tədarük iddiası- ÖZƏL
15:18 DünyaSerbiya və Bosniya və Herseqovinadan Ukraynaya üçüncü ölkələr vasitəsilə hərbi texnika və məhsulların çatdırılması davam edir. Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyinə danışan mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Balkan ölkələrinin müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsullar dolayı yollarla Ukraynaya ötürülür. Bildirilir ki, tədarük prosesində üçüncü ölkələr vasitəçi rolunu oynayır.
Eyni zamanda qeyd olunub ki, indiyədək Serbiyada bu cür mümkün qanunsuz təchizatla bağlı heç bir şirkətə qarşı ciddi tədbir görülməyib. Mənbə hesab edir ki, bu vəziyyət şirkətlərdə cəzasızlıq mühiti formalaşdırır.
"Görünür, onlar düşünürlər ki, bu tədbirlər formal xarakter daşıyır və qaydaların pozulması real nəticələr doğurmur", - deyə mənbə vurğulayıb.
Məlumat rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib.