Mədəniyyət
Məşhur aktrisa təyyarədə infarkt keçirdi
Məşhur müğənni Əkbər dinləyicilərini fərqli ifası ilə sevindirib- VİDEO
Olaylar.az xəbər verir ki, müğənni "Qule sanqam" adlı məşhur fars mahnısını ifa edib. Mahnı indiyədək Orta Asiya ölkələrində bir sıra məşhur sənətçilər tərəfindən ifa olunub. Mahnı Azərbaycanda da məşhur olsa da, Əkbər sənətçilərimiz arasında adıçəkilən mahnıya müraciət edən ilk müğənni olub.
İdris Rüstəmov beynəlxalq mükafata layiq görüldü
"Azanfilm" studiyasından məktəbliyə dəstək
Filmlərimiz beynəlxalq festivalda
Bakıda fotoqrafların sərgisi olacaq
Dekabrın 24-də Bakı Xətai Sənət Mərkəzində tanınmış fotoqrafların fotolarından ibarət sərgi açılacaq.
“Silva” Musiqili Teatrda – tezliklə
Azərbaycan Dövlət Musiqili Teatrı növbəti premyeraya hazırlaşır. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, İmre Kalmanın “Silva” operettasına ictimai baxış keçirilib. Dünyaca məşhur olan bu ölməz əsərin süjet xəttini saf, təmiz, böyük sevgi hekayəsi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq ətrafdakılar, xüsusi ilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Və məhz bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir...
Xalq artisti belə öldürüldü: ürəyi partladılan məşhur haqqında ŞOK GİZLİNLƏR
Milyarder qızının möhtəşəm xına gecəsi
Emin Ağalarov model sevgilisi ilə
Xalq artisti Muxtar Manıyev vəfat etdi
Dram Teatrında bayram tamaşaları
Akademik Milli Dram Teatrının kollektivi ənənəvi olaraq bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə azyaşlıları sevindirəcək.Dekabrın 24-dən yanvarın 4-dək davam edəcək bayram tamaşası saat 11:00, 13:00, 15:00 və 17:00-da gündə dörd seans olmaqla təqdim olunacaq. “Buzlar ölkəsində” nağıl-tamaşası Anar Sadıqovun müəllifi olduğu nağıl əsasında hazırlanıb. Tamaşanın rejissoru gənc rejissor Əlif Cahangirlidir. Səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Əlvida Cəfərov, Şəlalə Şahvələdızı, Sevinc Əliyeva, Elxan Quliyev, aktyorlar Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov. Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Mətləb Abdullayev, Dilarə Nəzərova, İlahə Həsənova çıxış edəcəklər.
Uşaq Filarmoniyası Yeni il bayramına həsr olunmuş konsert tədbiri keçirib
20 dekabr Azərbaycan Dövlət Uşaq FilarmoniyasıAzərbaycanDövlət Musiqili Teatrının səhnəsində “Yeni il” adlı konsert tədbiri keçirtdi. Uşaq Filarmoniyasının gənc istedadları bir-birindən maraqlı çıxışları, rəngarəng, geniş konsert proqramı ilə bu dəfə də tamaşaçıların diqqətini cəlb edə bildilər.
Nizami Kino Mərkəzində Vilyam Şekspirin “On ikinci gecə”-si
Dekabrın 26-da Nizami Kino Mərkəzi British Council Azərbaycan və Cool Connections şirkəti ilə birgə şəhər sakinlərinə dahi Vilyam Şekspirin “On ikinci gecə” pyes- komediyası əsasında qurulmuş tamaşasını rus dilində alt yazılarla təqdim edəcək. Tamaşanın rejissoru Tim Karroldur. Yaş həddi :16+
Azərbaycanlı müğənni: “Bu gün tezliklə bitsin”
Müğənni Yaşar Cəlilov 27 yaşını qeyd edir. Son illər tamaşaçı və dinləyici sevgisi qazanan gənc müğənni heç də yüksək əhval-ruhiyyədə olmadığını etiraf etdi. O, Olaylar.az-a açıqlamasında bu günün tez bitməsini istədiyini bildirdi: “Ad günüm xoşuma gəlmədi. Heç yaxşı keçirmədim. İlk anında bitməsini diləyirəm, bu gün tezliklə bitsin. İstəmirəm belə ad günü. Yəqin ki, sonuncu ad günü olar mənim üçün. Hər il təbriklərin, təbrik edən insanların sayı çoxları. Amma əzizlər, doğmalar yavaş-yavaş azalır, aralarında çox yaxşıları qalır ancaq”.














