Mədəniyyət
Xocalı faciəsi Türkiyə səhnəsində
89-cu teatr mövsümünün “rəy kitabı”nda bizə yazırlar...
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin iclası keçirilib. Teatrda artıq 6 ildir ki, yaradılan “rəy kitabı”nın müzakirəsi iclasın əsas mövzusu olub. Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxış edərək bütün tamaşalarda izləyicilərin ixtiyarına verilən “rəy kitabı”nda yazılan fikir, təklif və iradlar haqqında danışıb: “Tamaşalarımızın, eləcə də aktyor və rejissorlarımızın peşəkarlıq səviyyəsini müəyyən etmək, tamaşaçılarımızın teatrımıza, nümayiş etdirdiyimiz səhnə əsərlərinə münasibətlərini öyrənmək məqsədilə teatrda 2011-ci ildə “rəy kitabı” yaradıldı.
İrəvan Teatrında premyera
Ötən gün Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında premyera olub. Tamaşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı A.P.Çexovun " Ayı ", Elçinin " O da aşiq olub yaza dünyada..." və B.İoseleviçin " Yelləncəkdə iki nəfər " pyesləri əsasında multikultural konteksdə " O da aşiq ola.." adlı layihə çərçivəsində təqdim olunan tamaşanın premyerası S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində nümayiş olunub.
Dövlət Uşaq Filarmoniyasında Yeni il konserti
20 dekabr saat 19:00-da Azərbaycan Dövlət Uşaq FilarmoniyasıAzərbaycan Dövlət Musiqili Teatrında “Yeni il”adlı konsert proqramı ilə çıxış edəcək. Gecədə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Rəqs Ansamblı, Uşaq Xor Kapellası, “Şəms” uşaq xorunun çıxışları olacaq. Proqramda Azərbaycan xalq rəqsləri, həmçininbəstəkar mahnıları, eləcə də dünya ölkələrinrəqsləri və yeni ilə həsr olunmuş dillər əzbəri olan mahnılar ifa olunacaq. Biletləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasındanəldə etmək mümkündü.
“İrəvan- gizlədilmiş həqiqətlər “ sənədli filmi təqdim olunacaq
21 dekabr 2016 – cı il tarixində saat 15: 00 - da FAIRMONT BAKU, FLAME TOWERS AZERBAIJAN – da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyiilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin 3 dildə istehsal etdiyi “İrəvan- gizlədilmiş həqiqətlər “ sənədli filminin təqdimat mərasimi keçiriləcək.
Sumqayıt Dövlət Dram Teatrında premyera olacaq
Sumqayıt Dövlət Dram Teatrında 20 dekabr saat 18.00-da tanınmış rejissor Rövşən Almuradlının quruluş verdiyi “Oğru” tamaşasının premyerası keçiriləcək.
Yuğ Dövlət Teatrı Dərbənd şəhərində
Xalça muzeyində "Bir eksponatın tarixi"
ADGTT-da növbəti premyera...
Opera və Balet Teatrında "Aida" operasının tamaşası keçiriləcək
Musiqili Teatrda həftəsonu 4 tamaşa olacaq
Azərbaycançılıq ideyalarının təbliğinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
Milyonların sevimlisi Rəşid Behbudovun doğum günüdür
Bu gün Rəşid Behbudovun doğum günüdür. Məlumata görə, o, 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov əsgərlik illərindən sonra Tbilisi estrada qruplarından birinin solisti olub.
Bu il hansı yerli məşhurun ailəsində körpə doğuldu? - SİYAHI
2016-cı il yerli sənət aləmi xoş məqamlarla yadda qalıb. Bir çox tanınmış simalar bu il valideyn olub.
“Multikulturalizm” mövzusunda tədbir keçirilib
Zaqatala rayon Əliabad qəsəbə mədəniyyət evinin, klublar və kitabxananın, həmçinin Mosul kənd mədəniyyət evinin birgə təşkil etdiyi növbəti və yaddaqalan tədbir “Multikulturalizm” mövzusuna həsr edilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə bu müəssisənin müdiri Əhmədiyyə Musayev açaraq 22 millətin nümayəndəsinin əmin-amanlıq şəraitində yaşadığı və multikultural dəyərlərimizi həmişə layiqincə özündə əks etdirən bir bölgənin sakinləri olduğumuz üçün qürur duyduğunu vurğulayıb. Mosul kənd mədəniyyət evinin müdiri Şaiq Əlixanov və ondan sonra fikirlərini bildirən mədəniyyət işçiləri, yerli bələdiyyə nümayəndəsi və digər müəssisələrin rəhbərləri öz çıxışları zamanı mövzu barədə ətraflı və dolğun söhbət açıblar. Çıxışlarda 2016-ci ildə mədəniyyət və turizm sayəsində əldə edilən uğurlardan danışılaraq tədbir iştirakçılarına gələcək fəaliyyətlərində də uğurlar arzulanıb.










.jpg)



