Gənc rəssamlar Bilik Fondunun müsabiqəsində
24 Dekabr 2016 10:20 MədəniyyətÖtən gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun təşkilatçılığı ilə "Vətənin pərvəri ol" adlı müsabiqə keçirilib. Sayca ikinci olan bu müsabiqəyə Azərbaycanın bir sıra bölgələrindən, eləcə də paytaxtımızdan gənc istedadların 162 rəsm əsəri, 57 şer göndərilmişdi. Gələcəkdə bu sərginin beynəlxalq səviyyəyə çıxarılması da nəzərdə tutulur. Hazırda Bilik Fondu 21 layihə üzərində iş aparır. Onlar arasında maraqlı layihələrdən biri də məhz "Vətənpərvərlik" layihəsidi.
İlk olaraq tədbirdə çıxış üçün söz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarova verildi. O, çıxışında gənc rəssamları təbrik edərək onlara bundan da böyük uğurlar arzuladı. Daha sonra Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov da öz növbəsində müsabiqə iştirakçılarını təbrik etdi. Sərgidə eyni zamanda münsiflər heyyətinin üzvləri gənc yazıçı Mirmehdi Ağaoğlu və rəsm nominasiyası üzrə münsif Gilan Əzizxanlı da gənc istedadları təbrik edərək onların bu işlərini yüksək qiymətləndirdi.
Müsabiqədə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəsm dərnəyindən 15 tələbə iştirak etmişdi. Qeyd edək ki, müsabiqə 5-15 və 15-25 yaşlı gənclər arasında keçirilib. 5-15 yaşlı tələbələr arasında rəsm nominasiyası üzrə Azərbaycn Dövlət Uşaq Filarmoniyasının tələbələri Məmmədova Tuana (9 yaş) I yer,
Səttarzadə Aydan (8 yaş) III yerə layiq görülüb. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının bir neçə tələbələri isə həvəslədirici mükafatla qiymətləndirildilər.