Mədəniyyət

Bakıda fotoqrafların sərgisi olacaq

23 Dekabr 2016 14:38

Dekabrın 24-də Bakı Xətai Sənət Mərkəzində tanınmış fotoqrafların fotolarından ibarət sərgi açılacaq.

“Silva” Musiqili Teatrda – tezliklə

22 Dekabr 2016 16:09

Azərbaycan Dövlət Musiqili Teatrı növbəti premyeraya hazırlaşır. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, İmre Kalmanın “Silva” operettasına ictimai baxış keçirilib. Dünyaca məşhur olan bu ölməz əsərin süjet xəttini saf, təmiz, böyük sevgi hekayəsi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq ətrafdakılar, xüsusi ilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Və məhz bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir...

Dram Teatrında bayram tamaşaları

21 Dekabr 2016 18:50

Akademik Milli Dram Teatrının kollektivi ənənəvi olaraq bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə azyaşlıları sevindirəcək.Dekabrın 24-dən yanvarın 4-dək davam edəcək bayram tamaşası saat 11:00, 13:00, 15:00 və 17:00-da gündə dörd seans olmaqla təqdim olunacaq. “Buzlar ölkəsində” nağıl-tamaşası Anar Sadıqovun müəllifi olduğu nağıl əsasında hazırlanıb. Tamaşanın rejissoru gənc rejissor Əlif Cahangirlidir. Səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Əlvida Cəfərov, Şəlalə Şahvələdızı, Sevinc Əliyeva, Elxan Quliyev, aktyorlar Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov. Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Mətləb Abdullayev, Dilarə Nəzərova, İlahə Həsənova çıxış edəcəklər.

Uşaq Filarmoniyası Yeni il bayramına həsr olunmuş konsert tədbiri keçirib

21 Dekabr 2016 18:49

20 dekabr Azərbaycan Dövlət Uşaq FilarmoniyasıAzərbaycanDövlət Musiqili Teatrının səhnəsində “Yeni il” adlı konsert tədbiri keçirtdi. Uşaq Filarmoniyasının gənc istedadları bir-birindən maraqlı çıxışları, rəngarəng, geniş konsert proqramı ilə bu dəfə də tamaşaçıların diqqətini cəlb edə bildilər. 

Nizami Kino Mərkəzində Vilyam Şekspirin “On  ikinci gecə”-si

21 Dekabr 2016 18:47

Dekabrın 26-da Nizami Kino Mərkəzi  British Council Azərbaycan və  Cool Connections şirkəti ilə birgə şəhər sakinlərinə  dahi Vilyam  Şekspirin “On ikinci gecə” pyes- komediyası əsasında  qurulmuş tamaşasını rus dilində alt yazılarla təqdim edəcək. Tamaşanın rejissoru Tim Karroldur. Yaş həddi :16+

Azərbaycanlı müğənni: “Bu gün tezliklə bitsin”

21 Dekabr 2016 16:08

Müğənni Yaşar Cəlilov 27 yaşını qeyd edir. Son illər tamaşaçı və dinləyici  sevgisi qazanan gənc müğənni heç də yüksək əhval-ruhiyyədə olmadığını etiraf etdi. O, Olaylar.az-a açıqlamasında bu günün tez bitməsini istədiyini bildirdi: “Ad günüm xoşuma gəlmədi. Heç yaxşı keçirmədim. İlk anında bitməsini diləyirəm, bu gün tezliklə bitsin. İstəmirəm belə ad günü. Yəqin ki, sonuncu ad günü  olar mənim üçün. Hər il təbriklərin, təbrik edən  insanların sayı çoxları. Amma əzizlər, doğmalar yavaş-yavaş azalır, aralarında çox yaxşıları qalır ancaq”.

Teleaparıcı Yeni ilə hazırdır

21 Dekabr 2016 15:56

Şəkillərdən kifayət qədər arıqladığı görünən xanım aparıcı mütəmadi olaraq idman etdiyini bildirib: “Bəli, kifayət qədər arıqlamışam. Sirrimi oxuculara açacağam. Mən 3 ildir ki, peşəkar şəkildə idmanla məşğul oluram. Həmçinin çalışıram ki, idmançı pəhrizi saxlayım. Düzdür, idmançı olmağa hazırlaşmasam da, sağlamlığım və gözəlliyim üçün bu çox önəmlidir. Şəkillərim isə “Orxan Heydərov Studio”da lentə alınıb. Buna görə onlara təşəkkür edirəm”. Olaylar.az

“Məhşər günü” yenidən səhnədə

21 Dekabr 2016 15:50

Dekabrın 27 və 29 - da Azərbaycan Dövlət “Yuğ” Teatrı yazıçı-dramaturq Gela Dumbadzenin “Məhşər günü” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş ediləcək.

Filmlərimiz Bolqarıstanın beynəlxalq film festivalında

21 Dekabr 2016 12:53

“4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan “Qonşu qadın”, “Kədərim”,  “Yuxarıda və aşağıda” və “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmləri Bolqarıstanın “Sofia MENAR” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 12-29 yanvar tarixlərində Sofiya şəhərində keçiriləcək. Filmlərimiz festivalın “Fokus” proqramında nümayiş olunacaq.