Mədəniyyət

Alim Qasımov Xalq artistinin vida mərasimində muğam oxudu, hər kəsi ağlatdı - VİDEO

27 Dekabr 2016 13:18

Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında Xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi keçirilib.  Vida mərasimində Xalq artisti Alim Qasımov iştirak edib.  Xanəndə, xalq artisti Alim Qasımov görkəmli sənətkarla bağlı xatirələrini bölüşüb. Sənətkar avazla A. Abdullayevin dəfnində muğam ifa edib. 

Niyam Salami vəd verdi: “Hər kəs şok olacaq” - FOTOLAR

26 Dekabr 2016 16:28

Müğənni Niyam Salami həmkarı Səidə Sultanla foto-kameralar önünə keçib. Olaylar.az-a açıqlama verən N.Salami bildirib ki, həmkarı ilə Yeni il abu-havasında şəkillər çəkdirib: “Səidə mənim şou-biznesdə olan ən sadiq dostumdur. Düşünürəm ki, 2016-cı il həm onun üçün həm də mənim üçün çox uğurlu keçdi. Birgə ifa etdiyimiz duet sevildi və  “Youtube” şəbəkəsində xeyli baxış yığdı. Mənim 2017-ci ildən gözləntilərim oxdur. İndidən söyləyim ki, üzümüzə gələn ilin il elə bir layihə edəcəyəm ki, hər kəs şok olacaq. Yəni bu günə qədər etmədiyim bir işi edəcəm. Məncə gözləməyə dəyər”. 

Rəssamlıq Akademiyasının tələbələrinin növbəti tədris məşğələləri

26 Dekabr 2016 16:08

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” və “İncəsənət əsərlərinin bərpası və ekspertizası” ixtisasları üzrə təhsil alan tələbələrin növbəti tədris-təcrübə məşğələləri keçirilib.

Rahidə Baxışova Parisə niyə gedib? - FOTOLAR

26 Dekabr 2016 15:57

Müğənni Rahidə Baxışova həmkarı Səidə Sultanla birgə Fransaya yola düşüb. Olaylar.az-a açıqlama verən R.Baxışova bildirib ki, o Parisdən sonra İtalyanın Milan şəhərinə yola düşəcək: “Həmkarım Səidə ilə Parisdəyik. Hələ burada bir neçə gün qalmağı düşünürük. Yeni ildən sonra yaradıcılığımda bir çox yeniliklər olacaq. Yola salmağa hazırlaşdığımız 2016-cı ildə uğurlarım çox olsa da, çox pis itkilərim də oldu. Artıq yeni ildən daha da böyük layihə ilə sevənlərimin qarşısına çıxacam. Yeni mahnılar ifa etmişəm, onları da yeni ildə dinləyicilərin ixtiyarına verəcəm. Bundan başqa tam fərqli bir fotosessiya da etdirmişəm”.

85 yaşlı “Kukla”

26 Dekabr 2016 14:19

İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoyub. Bu teatrın ilk tamaşası 1932-ci ildə («Sirk» adlı tamaşa) göstərilmişdi. Müxtəlif illərdə (1931- 1941-ci illər); (1946-1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941-1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət də olub.  Azərbaycan və rus bölmələri var.1964 -ci il aprel ayının 15-də teatra «Dövlət» statusu verilib.  1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir.

Birinci xanım Mehriban Əliyeva xalq artisti Ağaxan Abdullayevlə vida mərasimində iştirak edib

26 Dekabr 2016 14:10

Xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi başlayıb. Vida mərasimi Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilir. Vida mərasimində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edir.

Ağaxan Abdullayevlə vida mərasimi keçirilir

26 Dekabr 2016 12:28

Suraxanı Mədəniyyət Evində məşhur xanəndə, xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi keçirilir. Vida mərasimində mərhumun yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak edir. Məclisdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də iştirak edəcəyi gözlənilir. Mərhum Türkan qəbiristanlığında dəfn olunacaq.

Məşhur müğənni Əkbər dinləyicilərini fərqli ifası ilə sevindirib- VİDEO

23 Dekabr 2016 18:58

Olaylar.az xəbər verir ki, müğənni "Qule sanqam" adlı məşhur fars mahnısını ifa edib. Mahnı indiyədək Orta Asiya ölkələrində bir sıra məşhur sənətçilər tərəfindən ifa olunub. Mahnı Azərbaycanda da məşhur olsa da, Əkbər  sənətçilərimiz arasında adıçəkilən mahnıya müraciət edən ilk müğənni olub.