Ukrayna Milli Operaının solistləri Azərbaycan səhnəsində
6 Yanvar 2017 15:44 MədəniyyətYanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Traviata" operasının tamaşası keçiriləcək. Teatrdan "Olaylar" - a verilən məlumata görə tamaşanın bədii səviyyəsinin daha da yüksəltmək məqsədilə Teatrın rəhbərliyi əsas rolları ifa etmək üçün Ukrayna Milli operasının solistləri - Ukrayanın Xalq artisti Olqa Naqornayanı (Violetta) və Ukraynanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Kuzmini (Alfred) dəvət edib.
Tamaşada həmçinin Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov (Markiz), Əməkdar Artistlər Cahangir Qurbanov (Jermon, ilk dəfə) və Əkrəm Poladov (Doktor), gənc vokalçı Nina Makarova (Flora) çıxış edəcəklər.
Dirijor beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdi.