Gəncədə izdiham
4 Yanvar 2017 17:21 MədəniyyətYanvarın 2-i Gəncə şəhərində Naxox filminin yaradıcı heyyətinin iştirakı ilə imza günü keçirilib. Filmin baş qəhrəmanları, Elməddin Cəfərov, Fərda Amin və Ağaxan Salmanlı tamaşaçı сizdihamı ilə qarşılaşıblar. Filmin baş produseri Orxan Mərdandan aldığımız məlumata görə "Naxox" sevərlərin sayını nəzərə alaraq eyni anda bir neçə zalda film nümayiş olunub.
Gəncəli tamaşaçılar aktyorlarla şəkil çəkdirib, xoş təəssüratlarını bölüşüblər. Yaradıcı heyyət filmi tamaşaçılarla zalda birlikdə izləyiblər. Onlar gəncəlilərə göstərdikləri diqqət və sevgiyə görə minnətdarlıqlarını dilə gətiriblər.
Qeyd edək ki, komediya "Naxox" Film Distribution International-ın dəstəyi ilə çəkilib və 29 dekabrdan ölkənin bütün kinoteatrlarında yayımlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31