Akademik Nailə Vəlixanlının yeni kitabı işıq üzü görüb

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının yeni - "Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər" ktabı işıq üzü görmüşdür. AMEA Rəyasət Heyətinin qərarı ilə nəşr olunmuş kitabda orta əsr ərəb tarixi və coğrafi mənbələri, eləcə də müvafiq elmi ədəbiyyat əsasında tarixi Azərbaycanın VII əsrin ortalarına yaxın yeni dünya imperiyasının - Ərəb Xilafətinin tərkibinə qatılması ilə başlanan, XIII əsrin əvvəllərində bölgənin iqtisadi-mədəni yüksəlişinə müvəqqəti ara vermiş monqol hücumları ilə tamamlanan altı əsrlik dövrü əhatə olunmuşdu.

Həmçinin kitabda həmin dövrün ərəbdilli on beş qaynağından Azərbaycana dair məlumatın şərhlərlə tərcüməsi verilmiş, ərəb işğalı nəticəsində Azərbaycan və onun əhalisinin tarixi taleyində baş vermiş köklü dəyişikliklər araşdırılmışdır. Əsərdə o cümlədən Xilafətlə Azərbaycanın, eləcə də IX-XII əsr Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlərinə dair bir sıra məsələ və problemlər tədqiq edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31