Mədəniyyət

Teleaparıcı Yeni ilə hazırdır

21 Dekabr 2016 15:56

Şəkillərdən kifayət qədər arıqladığı görünən xanım aparıcı mütəmadi olaraq idman etdiyini bildirib: “Bəli, kifayət qədər arıqlamışam. Sirrimi oxuculara açacağam. Mən 3 ildir ki, peşəkar şəkildə idmanla məşğul oluram. Həmçinin çalışıram ki, idmançı pəhrizi saxlayım. Düzdür, idmançı olmağa hazırlaşmasam da, sağlamlığım və gözəlliyim üçün bu çox önəmlidir. Şəkillərim isə “Orxan Heydərov Studio”da lentə alınıb. Buna görə onlara təşəkkür edirəm”. Olaylar.az

“Məhşər günü” yenidən səhnədə

21 Dekabr 2016 15:50

Dekabrın 27 və 29 - da Azərbaycan Dövlət “Yuğ” Teatrı yazıçı-dramaturq Gela Dumbadzenin “Məhşər günü” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş ediləcək.

Filmlərimiz Bolqarıstanın beynəlxalq film festivalında

21 Dekabr 2016 12:53

“4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan “Qonşu qadın”, “Kədərim”,  “Yuxarıda və aşağıda” və “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmləri Bolqarıstanın “Sofia MENAR” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 12-29 yanvar tarixlərində Sofiya şəhərində keçiriləcək. Filmlərimiz festivalın “Fokus” proqramında nümayiş olunacaq.

89-cu teatr mövsümünün “rəy kitabı”nda bizə yazırlar...

20 Dekabr 2016 16:17

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin iclası keçirilib. Teatrda artıq 6 ildir ki, yaradılan “rəy kitabı”nın müzakirəsi iclasın əsas mövzusu olub. Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxış edərək bütün tamaşalarda izləyicilərin ixtiyarına verilən “rəy kitabı”nda yazılan fikir, təklif və iradlar haqqında danışıb: “Tamaşalarımızın, eləcə də aktyor və rejissorlarımızın peşəkarlıq səviyyəsini müəyyən etmək, tamaşaçılarımızın teatrımıza, nümayiş etdirdiyimiz səhnə əsərlərinə münasibətlərini öyrənmək məqsədilə teatrda 2011-ci ildə “rəy kitabı” yaradıldı.

İrəvan Teatrında premyera

20 Dekabr 2016 13:27

Ötən gün Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında premyera olub. Tamaşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı A.P.Çexovun " Ayı ", Elçinin " O da aşiq olub yaza dünyada..."  və B.İoseleviçin " Yelləncəkdə iki nəfər " pyesləri əsasında multikultural konteksdə " O da aşiq ola.." adlı layihə çərçivəsində təqdim olunan tamaşanın premyerası S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində nümayiş olunub.

Dövlət Uşaq Filarmoniyasında Yeni il konserti

19 Dekabr 2016 15:04

20 dekabr saat 19:00-da Azərbaycan Dövlət Uşaq FilarmoniyasıAzərbaycan Dövlət Musiqili Teatrında  “Yeni il”adlı  konsert proqramı ilə çıxış edəcək. Gecədə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Rəqs Ansamblı, Uşaq Xor Kapellası, “Şəms” uşaq xorunun çıxışları olacaq. Proqramda Azərbaycan xalq rəqsləri,  həmçininbəstəkar mahnıları, eləcə də  dünya ölkələrinrəqsləri və yeni ilə həsr olunmuş dillər əzbəri olan mahnılar ifa olunacaq. Biletləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasındanəldə etmək mümkündü.

“İrəvan- gizlədilmiş həqiqətlər “ sənədli filmi təqdim olunacaq

19 Dekabr 2016 14:59

21 dekabr 2016 – cı il tarixində saat 15: 00 - da FAIRMONT BAKU, FLAME TOWERS AZERBAIJAN – da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyiilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin 3 dildə istehsal etdiyi “İrəvan- gizlədilmiş həqiqətlər “ sənədli filminin  təqdimat mərasimi keçiriləcək. 

Sumqayıt Dövlət Dram Teatrında premyera olacaq

19 Dekabr 2016 13:23

Sumqayıt Dövlət Dram Teatrında 20 dekabr saat 18.00-da tanınmış rejissor Rövşən Almuradlının quruluş verdiyi “Oğru” tamaşasının premyerası keçiriləcək.

ADGTT-da növbəti premyera...

15 Dekabr 2016 17:25