Xalça muzeyində "Bir eksponatın tarixi"

Azərbaycan Xalça Muzeyində hər ay "Bir eksponatın tarixi" layihəsi həyata  keçirilir. Layihə çərçivəsində hər dəfə bir eksponatın tarixi ətraflı olaraq təqdim edilir. 

Bu gün keçirilən "Bir eksponatın tarixi" layihəsində muzeyin kolleksiyasında saxlanılan xalçaçı-rəssam Eldar Mikayılzadənin müəllifi olduğu "Nağıllar aləmi" xalçası təqdim olundu. Təqdimat zamanı  Eldar Mikayılzadə xalçanın yaranma tarixi, onun üzərində təsvir olunmuş müxtəlif süjetli səhnələr haqqında fəlsəfi düşüncəli maraqlı məlumatlarla bölüşüb

Həmçinin hər ayın son şənbə günü Xalça muzeyində "Ailə günü" olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31