Opera və Balet Teatrında "Aida" operasının tamaşası keçiriləcək
15 Dekabr 2016 16:04 MədəniyyətDekabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik opera sənətinin ən dəyərli nümunələrindən biri - Cüzeppe Verdinin "Aida" operasının tamaşası keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, tamaşada əsas partiyalardan birini - Aida partiyasını ilk dəfə Teatrın aparıcı solisti - Əməkdar artist, Azərbaycan Respublikası Prezidenti mükafatçısı Afaq Abbasova ifa edəcəkdir. Amneris rolunda gənc solist Nina Makarova, Misir şahı partiyasında Xalq Artisti Əli Əsgərov, Ramfis partiyasında Əmməkdar Artist Əkrəm Poladov, Kahin qadın rolunda Əməkdar Artist Gülnaz İsmayılova çıxış edəcəklər. Tamaşada iştirak etmək üçün Gürcüstanlı vokalçılar - Gürcüstanın Xalq Artisti və Dövlət Mükafatı laureatı, professor Teymuraz Ququşvili (Radames) və Əməkdar Artist Sulxan Qvelesiani (Amonasro) da dəvət olunublar. Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.