Mədəniyyət
Leoni Mergenin “Qarabağ kolleksiyası” Berlində
Ötən gün Almaniyanın paytaxtı Berlin şəhərində “MERSEDESBENZ MODA HƏFTƏSİ” çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyiilə baş tutan tədbirdə Qarabağ mövzusu və irsi diqqət mərkəzində olub. Cəmiyyətdən “Olaylar” – a verilən məlumata görə Berlində yaşayan gənc dizayner Leoni Mergen tərəfindən öz gözəlliyi ilə ictimaiyyətin diqqətini çəkən yeni “Qarabağ kolleksiyası” podiumda təqdim edilib.
Musiqili Teatrın aktyorları mükafata layiq görülüb
Azərbaycan Dövlət Musiqili Teatrının 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirakı uğurla yekunlaşıb. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Musiqili Teatr dünyanın təqribən 20 ölkəsinin təmsil olunduğu bu nüfuzlu festivalda dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyasını təqdim edib. Tamaşanın nümayişi anşlaqa səbəb olub. Səhnə əsəri festival iştirakçıları və Təbrizli tamaşaçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb.
Bakı Xoreoqrafiya Akademiyasının tələbələri Opera və Balet Teatrında
Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Akademiyasının hazırladığı P.İ.Çaykovskinin “Şelkunçik” baletinin premyerası keçirilib.
“Zamanın sorağında”
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevə həsr olunmuş “Zamanın sorağında” (rusca) kitabının təqdimat mərasimi keçirilib.
Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi
Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli fılmlər nümayiş olunur .
Qalmaqalları məhkəməyə qədər gedib çıxan yerli məşhurlar - SİYAHI
Tanınmış simalar arasında qalmaqal tez-tez yaşanır. Bu davaların bəzisi barışıqla nəticələnsə də, bir çoxu məhkəməylə bitir. Həmkarını polisə şikayət edən tanınmışların siyahısını təqdim edir:
Londonda Azərbaycan muğamına dair tədbir keçirilib
Milli Dram Teatrın səhnəsində premyera
Yanvarın 21-22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” tamaşasının premyerası keçiriləcək.Teatrın mətbuat xidmətindən “Olaylar” – a verilən məlumata görə, iki hissəli dramın yeni səhnə redaksiyasının müəllifi əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdu. Yeni səhnə əsərinin müəllifi xalq artisti Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı xalq artisti Siyavuş Kərimidi.
“İçəri Şəhər” Hindistanın növbəti film festivalında
“İçəri Şəhər” bədii filmi Hindistanın 7-ci “Yaşvant” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 20-26 yanvar tarixlərində Mumbay şəhərində keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. “İçəri Şəhər” filmi hal-hazırda Hindistanda 15-ci “Pune” Beynəlxalq Film Festivalı çərçivəsində nümayiş olunur.
Nizami Abbas – 60
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından“Olaylar” – abildirilibki, Azərbaycanmədəniyyətinin,millikinosənətimizininkişafında özyeriolan, özünəməxsusbaxışı ilə seçilənkinooperator, rejissor, AzərbaycanRespublikasının Əməkdarincəsənətxadimi Nizami Abbasın anadan olmağının 60 illiyi münasibətiilə yubiley tədbiri keçirilib.
Mikayıl Müşfiq anılacaq
Yanvarın 27-də saat 19.00. Azərbaycan Dövlət “Yuğ” Teatrında “Söz” ədəbi layihəsi çərçivəsində növbəti görüş keçiriləcək. Teatrdan “Olaylar” – a bildirilib ki, “Söz”ün budəfəki şeir gecəsi şair Mikayıl Müşfiqə həsr ediləcək. Gecədə “Yuğ”un aktyorlarının ifasında Mikayıl Müşfiqin şeirləri səsləndiriləcək, sözlərinə yazılmış musiqilər ifa olunacaq.
Mahnı Teatrında balet- tamaşa
Yanvarın 22-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Samuel Marşakın “Qırmızı papaq” nağılı əsasında hazırlanan eyniadlı balet-tamaşa nümayiş olunacaq. Teatrdan “Olaylar” - a verilən məlumata yanvarın 29-da “Şahzadə və Qurbağa” balet-tamaşası da balacaların ixtiyarına veriləcək.
Yeddi Gözəl – 820
Ötən gün Xətai Sənət Mərkəzində Dahi Azərbaycan şairi ve mütəffəkkiri Nizami Gəncəvinin "Həft Peykər" Yeddi Gözəl" poemasının qəhrəmanlarının libaslarından ibarət bədii tikmə Dekorativ tətbiqi sənət sərgisi açılıb. Sona Məhərrəmovanın “Olaylar” – a verdiyi məlumata görə sərgi "Yeddi Gözəl" poemasının 820 illiyinı həsr olunur.
“Vurğuna vurğun gəlin” hazırlanır...
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti tamaşanın hazırlıqlarına start verilib. Teatrdan “Olaylar” – a bildirilib ki, yeni tamaşa teatrın aktrisası, Əməkdar Artist, Prezident təqaüdçüsü Lətifə Əliyevanın 70 illik yubileyi münasibətilə hazırlanır.
Musiqili Teatrın kollektivi ilə Təbrizdə görüş keçirilib
İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunan Azərbaycan Dövlət Musiqili Teatrının Təbriz səfəri uğurla davam edir. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, İran İslam Respublikası Mədəniyyət Nazirliyi Şərqi Azərbaycan Ostanlığının Mədəniyyət İdarəsində Musiqili Teatrın kollektivi və Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşü giriş sözü ilə İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri doktor Seyid İbrahim İbrahimi açaraq iki ölkə arasında mədəni əlaqələrin son vaxtlar daha da genişləndiyini, ortaq tarixi, adət-ənənələri, mədəniyyət bağları olan xalqlarımızın bu yaxınlığının gələcək nəsillər üçün faydalı olacağını vurğulayıb. “Aprel ayında İran İslam Respublikasında Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulur. Tehranda, İsfahanda və Ərdəbildə Azərbaycan incəsənət ustalarının iştirakı ilə müxtəlif tədbirlər keçiriləcək. Habelə, müştərək tədbirlər planına həm də elmi konfransların, yubiley tədbirlərinin, seminar və görüşlərin keçirilməsi daxildir”, - deyə doktor S. İ. İbrahimi qeyd edib.














