Mədəniyyət
“Don Kixot” Opera və Balet Teatrında
Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik balet sənətinin ən dəyərli nümunələrindən biri sayılan "Don Kixot" baletinin tamaşası keçiriləcəkdi.
Gənc Tamaşaçıların fevral repertuarı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fevral ayına uşaq və böyüklər üçün maraqlı tamaşaların nümayişi nəzərdə tutulub.
Bilik Fondunda “Yarımçıq xatirələr” filminin yaradıcıları ilə görüş keçirildi
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Fondda “Azərbaycanfilm”in istehsal etdiyi “Yarımçıq xatirələr” bədii filminin yaradıcı heyəti ilə görüş keçirilib.
“Azərbaycanda Qadın Maarifçiliyi Tarixindən seminar keçiriləcək
Yanvar ayının 25-də saat 11:00- da Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə “Dünya və Azərbaycan tarixinin öyrənilməsinin gənclərin maariflənməsində rolu” layihəsi çərçivəsində “Azərbaycanda qadın maarifçiliyi tarixindən (XIX-XX əsrin əvvəlləri)” adlı seminar keçiriləcək.
Primadonna Alla Puqaçova ölüm ayağında VIDEO
Efirdə qara siyahıya düşən müğənnilər
Azərbaycanda bir sıra məşhur incəsənət nümayəndələri zamanla efirə buraxılmamaqları ilə bağlı gileyləniblər. Əksər sənətçilər özəl televiziya kanallarının onlara belə bir qadağa qoyduqlarını ictimaiyyətə etiraf ediblər.
İsmayıl Dağıstanlı anılacaq
Akademik Milli Dram Teatrında İsmayıl Dağıstanlının 110 illiyinə həsr edilmiş anım tədbiri keçiriləcək. Teatrdan “Olaylar” – a verilən məlumata görə yanvarın 26-da saat 15:00-da Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, SSRİ Xalq Artisti İsmayıl Dağıstanlının 110 illiyinə həsr edilmiş anım tədbiri keçiriləcək. Anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatrı Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutacaq.
“Vətən” tamaşası nümayiş olundu
Ötən gün Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin əsgərləri və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları üçün “Vətən” tamaşası nümayiş olunub.
Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi ilə bağlı “Reinkarnasiya” adlı sərgi keçiriləcək
Sərgidə muzeyin fəaliyyətində yenilik olan növbəti innovativ layihədə müasir Azərbaycan rəssamlarının muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş edilən məşhur rəssam və heykəltəraşların əsərləri əsasında yaratdıqları reinkarnasiya (ruhun yenidən qayıdışı) olunmuş avanqard üslublu əsərlər nümayiş olunacaq.
Etnoqrafıya elmi-fond şöbəsinin eksponatı – Külə-tat qadın geyim bəzəyi
Azərbaycanın milli-mədəni irsinin qorunmasında və təbliğində Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafıya elmi-fond şöbəsinin eksponatları mühüm əhəmiyyətə malikdi. Belə eksponatlardan biri də XIX əsr Quba sənətkarlığına məxsus Külə-Tat qadın geyim bəzəyidi.
“Qətl edilmiş uşaqlar” - 29 uşaq Ermənistan hərbçiləri tərəfindən girov götürülüb
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda, Əsir və itkin düşmüş, girov götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə çap olunan “Qətl edilmiş uşaqlar” kitabının təqdimat mərasimi keçirilib.
Gənc Tamaşaçılarda 20 yanvar faciəsinin qurbanları anılıblar...
Gənc Tamaşaçılarda heftesonu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu 7 tamaşa ilə tamaşaçıların görüşünə gələcək. Teatrdan “Olaylar” – a verilən məlumata görə 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası 20 yanvar saat 15.00-da “Aytam” uşaq və gənclərin mədəni maariflənməsi İctimai Birliyi və ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri üçün nümayiş etdiriləcək.
Musiqili Teatrın kollektivi Təbrizdən qayıdıb
Azərbaycan Dövlət Musiqili Teatrı 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirakını başa vuraraq Təbrizdən vətənə qayıdıb. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Musiqili Teatrın bu nüfuzlu festivalda iştirakı çox uğurlu və yaddaqalan olub. “Əminliklə deyə bilərəm ki, bizim bu səfərimiz çox səmərəli və uğurlu oldu. Düşünürəm ki, dünyanın təqribən 20 ölkəsinin teatrlarının qatıldığı bu beynəlxalq festivalda ölkəmizi layiqincə təmsil etdik. Mən festivalının açılış mərasimində çıxış etdim. Çağdaş Azərbaycan teatrı haqqında məlumat verdim, müasir dünya teatr sənətində gedən proseslərlə bağlı fikirlərimi bülüşdüm.
Musiqili Teatrın kollektivi Şəhriyarın məqbərəsini ziyarət edib
Azərbaycan Dövlət Musiqili Teatrı 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Dövlət Musiqili Teatrı bu nüfuzlu festivalda dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyasını nümayiş etdirib. Tamaşanın nümayişindən öncə Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi və Azərbaycan nümayəndə heyətinin üzvləri böyük şair, ustad Məhəmmədhüseyn Şəhriyarın məqbərəsini və Təbriz şəhərində yerləşən “Azərbaycan Muzeyi”ni ziyarət ediblər. Daha sonra “Ər və arvad” tamaşası festival iştirakçılarına və Təbrizli tamaşaçılara təqdim edilib. Böyük maraq və rəğbətlə qarşılanan tamaşanın nümayişi anşlaqa səbəb olub və təbrizlilərin xahişi ilə ikinci dəfə nümayiş olunub. Dövlət Musiqili Teatrının üç üzvü festivalın mükafatını qazanıb. Azərbaycan Respublikasının Əməkdar artistləri Nahidə Orucova “Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib olublar.














