Kitabxana işi sahəsində seminar-müşavirə keçirilib

Ötən gün Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında kitabxana işi sahəsindəki təlimatların, yeniliklərin öyrənilməsi məqsədilə seminar-müşavirə keçirilib. 
Baç İdarədən "Olaylar" - a verilən məlumata görə ilk öncə Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının metodika və biblioqrafiya şöbəsinin müdiri A.İsmayılova Mərkəzi Kitabxana və filialların işinin təhlili, keçirilən tədbirlər, kitabxana-filiallarda görüləcək işlər haqqında məruzə edib.
Sonra Mərkəzi Kitabxanananın oxuculara xidmət şöbəsinin müdiri Y.Qafarova filiallara gedişlər, aşkar olunan nöqsanlar və onların aradan qaldırılması haqqında çıxış edib. 
Seminar-müşavirənin işini Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının direktor müavini İ.Qasımova yekunlaşdırıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31