Xalça Muzeyində “Ailə günü”

Yanvarın 28-də Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsinin təşəbbüsü ilə "Ailə günü" adlı tədbir keçiriləcək.

Muzeydən  "Olaylar" - a verilən məlumata görə "Açıq qapı" günü çərçivəsində reallaşan tədbirin keçirilməsində əsas məqsəd valideynlərlə uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkə mədəniyyət və incəsənətini tanıtmaqdır.

Müxtəlif yaş hədlərinin nəzərə alındığı tədbir proqramında iştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix ilə yaxından tanış olacaqlar. Onlar ustad dərslərinin iştirakçısı olmaqla yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayacaqlar. İştirakçılar tədbirdə müxtəlif nominasiyalar üzrə müsabiqəyə qatılacaq, maraqlı layihələrin iştirakçısı olacaq, uşaq yazarı Gülzar İbrahimovanın nağıl dünyasına səyahət edəcək, Dövlət Kukla Teatrının təqdimatında "Cırtdanın nağılı" adlı tamaşaya baxacaqlar.

Qeyd edək ki, Xalça Muzeyində "Ailə günü" tədbiri hər ayın son şənbə günü saat 11:00-dan 19:00-dək davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31