Aygünün yenilikləri- Video
Bu gün Azərbaycanın xalq artisti Aygün Kazımovanın doğum günüdür. Özəl günündə hədiyyə yağışına tutulan estradamızın divası, özü də sevənlərinə hədiyyə etmək qərarına gəlib. Özü də bir yox, düz iki hədiyyə…
26 Yanvar 2017 13:09 MədəniyyətBu gün Azərbaycanın xalq artisti Aygün Kazımovanın doğum günüdür. Özəl günündə hədiyyə yağışına tutulan estradamızın divası, özü də sevənlərinə hədiyyə etmək qərarına gəlib. Özü də bir yox, düz iki hədiyyə...
Şou biznesin kraliçası tam fərqli obrazda Kamran Aydınovun fotokamerası qarşısına keçərək kreativ fotosessiya etdirib.
Fotoları gecə ilə rəsmi "Instagram" hesabında paylaşan Aygün Kazımovanın fotoları izləyicilər tərəfindən "vauuu" reaksiyası ilə qarşılandı. Kreativ fotosessiyanın ərsəyə gəlməsində Aygün Kazımovanın imici üzərində uzun illərdir birgə çalışdığı peşəkar heyət çalışıb. Şou biznesimizin kraliçasının saçlarını Telman Heybətov və Qusik Simon, stil və makiyajını isə illərdir ki, xalq artistinin ən böyük layihələrdə yanında olan stilist Ruxaya həvalə olunub. Aygün Kazımovanın obrazının bütün ideyası Ruxaya məxsusdur. İnteryer - dizayn isə Dmitriy Turkana aiddir. Aygün Kazımovanın ikinci sürprizi isə yeni mahnısı oldu. O, gecə ilə mahnısını dinləyicilərinin ixtiyarına buraxıb. Diva 30 illikyaradıcılğında hər zaman yanında olan, hər zaman ona dəstək olan müəllimi Cavanşir Quliyevin yeni bəstəsini ifa edib. Mahnı "Şairim" adlanır. Mahnının sözləri Miryusif Mirnəsiroğluna məxsusdur. Mahnının arajimanını da Cavanşir Quliyev edib. Olaylar.az