Allahyar Cavanşirov – 110

Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Allahyar Cavanşirovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Allahyar Cavanşirovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığına işıq salan fotosərgi açılacaq, musiqi mədəniyyətindəki xidmətlərindən danışılacaq.
Gecədə xalq və bəstəkar mahnıları ilə yanaşı, muğamlarımız da səslənəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31