İki müğənninin mübahisəsinə ictimai xadim səbəb olub
“Tam olaraq deyə bilmərəm ki, İlhamə xanım mənə görə Elza Seyidcahanla düşmən olub. Bəli, müəyyən səbəblər vardı... Amma əslində bizi tanış edən Elza xanım olub. Sonrakı vaxtlarda İlhamə xanım Elza xanımı mənim bir dostum kimi qəbul etmək istəmirdi. Buna görə də bizdə çox ciddi problem olurdu.”
25 Yanvar 2017 16:22 Mədəniyyət"Tam olaraq deyə bilmərəm ki, İlhamə xanım mənə görə Elza Seyidcahanla düşmən olub. Bəli, müəyyən səbəblər vardı... Amma əslində bizi tanış edən Elza xanım olub. Sonrakı vaxtlarda İlhamə xanım Elza xanımı mənim bir dostum kimi qəbul etmək istəmirdi. Buna görə də bizdə çox ciddi problem olurdu."
Fuad Mədətov "Olaylar" - a verdiyi məlumata görə bunu Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, ictimai xadim Hacı Quliyev "Lider" telekanalında yaımlanan rejissor-klipmeyker Nail Naiboğlunun "Klip+" verilişində yer alan "Qonağım" rubrikasında deyib.
H.Quliyev, N.Naiboğlunun suallarına cavab verərkən bildirib ki, bir müddətə qədər Azərbaycanın və Dağıstanın xalq artisti, mərhum sənətçi İlhamə Quliyeva ilə sıx dostluq əlaqələri olsa də, sonrada münasibətləri pozulub:
"İlhamə xanım hegemon xanım idi. O, xoşlayırdı ki, dostu yalnız onun olsun. Buna görə də bəzi səbəblərdən münasibətimiz qısqanclıq üzərində kökləndi və onu da açıqlayım ki, İlhamə xanım vəfat edən zamana qədər münasibətimiz yox idi."
Xalq artisti Aygün Kazımova ilə münasibətində danışan H.Quliyev qeyd edib ki, İlhamə Quliyeva bu münasibətə də qısqanclıqla yanaşıb.