Yaponiya filmləri festivalı təşkil olunacaq

Yanvarın 27-də Bakıda Yaponiya filmləri festivalı təşkil olunacaq. Yaponiyanın ölkəmizdəki səfirliyindən bildirilib ki, “Landmark” biznes-mərkəzində gerçəkləşəcək festival yanvarın 29-dək davam edəcək. Festival çərçivəsində 5 yapon filmi - “Məktub”, “Pekorosun anası ilə görüş”, “Kaitan şəhərinin əhvalatları”, “Sən yaxşı uşaqsan” və “Çevrəmizdəkilər” adlı ekran əsərləri təqdim olunacaq.

Yanvarın 27-də Bakıda Yaponiya filmləri festivalı təşkil olunacaq.
Yaponiyanın ölkəmizdəki səfirliyindən bildirilib ki, "Landmark" biznes-mərkəzində gerçəkləşəcək festival yanvarın 29-dək davam edəcək. Festival çərçivəsində 5 yapon filmi - "Məktub", "Pekorosun anası ilə görüş", "Kaitan şəhərinin əhvalatları", "Sən yaxşı uşaqsan" və "Çevrəmizdəkilər" adlı ekran əsərləri təqdim olunacaq.
Filmlər hər gün 3 seans olmaqla nümayiş ediləcək.
Yapon dilində səslənəcək filmləri kinosevərlər Azərbaycan dilində subtitrlər vasitəsilə izləyə biləcəklər.
Yaponiya filmləri festivalı ilə bağlı ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar: http://www.az.emb-japan.go.jp/itpr_ja/00_000201.html.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31