“Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah”

Yanvarın 25-27 tarixlərində İCOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, İCOM Gürcüstan Milli Komitəsi və P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin (Mahaçqala, Rusiya) dəstəyi ilə “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçiriləcək. İlk dəfə keçiriləcək regional seminarın rəsmi açılış mərasimi 25 yanvar tarixində, saat 10:00-da baş tutacaq. 

Yanvarın 25-27 tarixlərində İCOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, İCOM Gürcüstan Milli Komitəsi və P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin (Mahaçqala, Rusiya) dəstəyi ilə "Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah" mövzusunda regional seminar keçiriləcək.
İlk dəfə keçiriləcək regional seminarın rəsmi açılış mərasimi 25 yanvar tarixində, saat 10:00-da baş tutacaq. 
Həmçinin regional seminar çərçivəsində Azərbaycan Xalça Muzeyində 25 yanvar tarixində, saat 18:00-da zərgərlik nümunələrinin sərgi-satış yarmarkası da planlaşdırılır. Burada Azərbaycan, Dağıstan və Gürcüstan zərgərlərinin əl işləri nümayiş olunacaq.
Qeyd edək ki, seminarda Azərbaycan, Gürcüstan və Rusiyadan zərgərlik kolleksiyaların kuratorları, zərgərlər, zərgərlik üzrə dizaynerlər, qiymətli metal və daşlar üzrə rəssamlar, müasir zərgərlik brendlərinin nümayəndələri, bərpaçılar, konservatorlar, muzeyin təhlükəsizlik xidməti nümayəndələri və marketinq menecerləri iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31